12 C
Baku
Sunday, October 27, 2024

Haqqında təhqiqat aparıldığı üçün ABŞ-a ekstradisiya oluna bilər

Kanadada haqqında təhqiqat aparılan “Huawei”in maliyyə məsələləri üzrə direktoru xanım Men Vancou ABŞ-ın istəyi ilə bu ölkəyə ekstradisiya oluna bilər.

Banker.az məlumat verir ki, Çin KİV-lərinə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin mətbuat katibi Mark Raymondi ölkəsinin məsələ ilə əlaqədar Kanadaya rəsmi müraciət etməyi planlaşdırdığını deyib.

“Biz təqsirləndirilən Men Vancounun ekstradisiyasına nail olmaq üçün səylərimizi davam etdirəcəyik və ABŞ ilə Kanada arasında ekstradisiya haqqında sazişin müəyyən etdiyi müddətə riayət edəcəyik”, – deyə Mark Raymondi bildirib.

Qeyd edək ki, “Huawei”in maliyyə məsələləri üzrə direktoru və şirkətin təsisçisi Jen Cenfeyin qızı Men Vancou dekabrın 1-də ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb. Çin tərəfi buna rəsmi etirazını bildirib. Dekabrın 12-də Kanada məhkəməsi Men Vancounun 10 milyon Kanada dolları (7,5 milyon ABŞ dolları) məbləğində girov müqabilində sərbəst buraxaraq, Vankuverdəki evində polis və xüsusi texnoloji avadanlığın nəzarəti altında yaşamasına razılıq verib.

ABŞ-Kanada ekstradisiya sazişinə əsasən, qarşı tərəf təqsirləndirilən şəxsin saxlanıldığı vaxtdan etibarən 60 gün ərzində ekstradisiya üçün müraciət edilməlidir. ABŞ-ın Men Vencounun ekstradisiyası üçün Kanadaya müraciət hüququ yanvarın 30-da bitir.

©azertac.az

Son xəbərlər
Digər xəbərlər