7 C
Baku
Thursday, December 12, 2024

Haqsız rəqabət halları üzrə 2.6 mln. manatdan artıq maliyyə sanksiyası tətbiq edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda haqsız rəqabət halları üzrə 2.6 milyon manatdan artıq maliyyə sanksiyası tətbiq edilib.

Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev bildirib.

“Bu hallar üzrə 26 iş qaldırılıb və onlardan 18-nə baxılması başa çatdırılıb. Aşkar olunan pozuntular digər bazar subyektlərin əmtəə nişanından qanunsuz istifadə edilməsi, haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi, rəqibin təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, rəqabəti məhdudlaşdıran müqavilələr bağlanılması ilə əlaqədar olub”, – o deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər