23 C
Baku
Saturday, September 28, 2024

Harda kredit faizləri aşağıdır?

Bu ilin əvvəlindən Mərkəzi Bank ölkədə kreditləşmə ilə bağlı qaydaları sərtləşdirsə də, bankların ayırdığı kreditlərin faiz dərəcəsində azalma yoxdur. 

İlk 4 ayın yekununda ölkə üzrə orta kredit faizi ötən ilin sonundakı səviyyədə – 14,3% olub.

Ötən dövr ərzində ölkənin yalnız iki bölgəsində – Bakı və Abşeron iqtisadi rayonunda kreditlər ucuzlaşıb. Bakıda kreditlərin orta faiz dərəcəsi 13,3%-dən 13,2%-ə, Abşeronda isə 18,3%-dən 17,4%-ə enib.

 Ötən ilin sonu ilə müqayisədə kreditlərin orta faiz dərəcəsi Aran zonasında 19,9%-dən 20,3%-ə, Dağlıq Şirvanda 22%-dən 23,3%-ə, Gəncə-Qazaxda 20,7%-dən 21,5%-ə, Quba-Xaçmazda 21%-dən 21,1%-ə, Lənkəranda 21,6%-dən 23,3%-ə, Şəki-Zaqatalada 19,8%-dən 20,1%-ə, Yuxarı Qarabağda isə 15%-dən 18,8%-ə qalxıb. Paytaxt və onun ətrafında isə kreditlərin orta faiz dərəcəsi 13,3%-dən 13,2%-ə düşüb. Qeyd edək ki, ölkə üzrə kreditlərin 88%-i Bakı və Abşeronun payına düşür.

Ekspertlər fikirləşir ki, faiz dərəcələrinin  artması tələbatın azalmasına gətirib çıxara bilər. İkincisi, bu seqmentdə artan rəqabətə görə belə bir hadisə baş verməyəcək. Lakin eyni zamanda faiz dərəcələri aşağıdakı səbəblərdən aşağı da düşməyəcək.

  • Bazarda rəqabət artdıqda marketinq, İT, filial şəbəkəsinin saxlanılması üçün olan xərclər və xidmət keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı digər xərclər artır.
  • Bu seqmentdə artan rəqabət mütləq kreditlər üzrə itkilərin cəlb edilməsinə və müvafiq olaraq marjanın düşməsinə gətirib çıxaracaq.

Son xəbərlər
Digər xəbərlər