13 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021
ezgif.com gif maker 2 1

“Harley-Davidson” işçilərin 13%-ni ixtisar edəcək

ABŞ-ın “Harley-Davidson” şirkəti ilin sonunadək 700 nəfər və ya işçi heyətinin təxminən 13%-ni ixtisar edəcəyi barədə qərar qəbul edib.

“Wall Street Journal”in verdiyi məlumata görə, bu qərar COVID-19 pandemiyası ilə əlaqədar xərclərin azaldılması ilə izah edilir. Nəşr qeyd edir ki, “Harley-Davidson”dakı problemlər mövcud böhrandan xeyli əvvəl başlayıb. Belə ki, şirkətin ABŞ bazarında satışları son bir neçə il azalmaqda davam edir. Bu da rəhbərlikdə kadr dəyişikliyinə səbəb olub. Belə ki, cari ilin əvvəlində “Harley-Davidson”un baş direktoru Mett Levatiçi əvvəllər Almaniyanın “Puma” şirkətinə rəhbərlik edən Yohen Zelts əvəz edib. Onun rəhbərliyi altında zavodlar yenidən açılsa da, karantin səbəbindən istehsal dayandırılıb. Bundan başqa, “Harley-Davidson” gənclərə istiqamətlənən yeni modellərin buraxılışını da təxirə salıb.

Dəyişikliklər şirkətin maliyyə şöbəsinə təsir edib. Belə ki, şöbəyə rəhbərlik edən Con Olin şirkəti tərk edib. Onu vitse-prezident Darrell Tomas əvəzləyib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın digər tanınmış şirkətləri də işçilərin ixtisar edəcəyini bildirib. Onların sırasında “United Airlines”, “Levi Strauss” və “Wallgreens Boots” yer alıb.

Screen Shot 2021 09 08 at 14.27.09
Oxşar xəbərlər

Füzulidə Memorial Kompleksinin tikintisinə 1.5 milyon ayrılıb

Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Banker.az xəbər verir ki, sərəncama görə, Füzuli Memorial Kompleksinin (Füzuli...

Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır

Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz...

“Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılır

"Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu...