Harold Simmons – amerikalı milyarder və biznesmendir. Məhz sahib olduğu bank təcrübəsi sayəsində o müxtəlif şirkətlərin alınmasında yeni üsullar yaratdı. Bu da öz növbəsində “maliyyələşdirilən fidyə” adını aldı.
Harold Simmons 1931-ci ildə ABŞ, Texasda anadan olub. Onun valideynləri öz övladlarının təhsilinə böyük əhəmiyyət verirdilər. 1952-ci ildə Harold Texas universitetində iqtisad üzrə magistr dərəcəsini əldə etdi. Yüksək təhsil alan gələcəyin biznesmeni dövlət qulluğu olaraq bank müfəttişi işinə düzəlir. Daha sonralar isə o Dallas banklarından birində çalışır.
1960-cı ildə öz 5 min dollar həcmində ehtiyat vəsaiti və 95 min dollar borc aldığı məbləğ ilə Harold balaca bir aptek alır. Bir neçə il ərzində o bu kiçik apteki böyük bir apteklər şəbəkəsinə çevirə bilir və bu şəbəkəyə 100 ticarət nöqtəsi daxil idi. 1973-cü ildə isə Simmons bu şəbəkələri 50 milyon dollara satır.
Beləliklə onun investorluq karyerası başlayır.
1997-ci ildə Simmons kiçik Tomas Bun Pikensin ilk fonduna 5 milyon dollar sərmayə yatırır. 2005-ci ildə onun yatırımları 150 milyon dollara çevrilir. Forbes jurnalına əsasən 2007-ci ildə Simmonsun sərvəti 7,4 milyard dollar təşkil edirdi. 2010-cu iqtisadi böhran səbəbindən isə onun sərvəti 4,5 milyard dollara enmişdi.