13 C
Baku
Tuesday, November 19, 2024

Harris prezidentliyə namizəd olmaq üçün kifayət qədər səs toplayıb

ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün kifayət qədər səs toplayıb. Bunu “Associated Press” sorğusunun nəticələri göstərir.

Qeyd edək ki, namizədliyi qazanmaq üçün xanım Harrisə 1976 nümayəndənin səsi lazımdır. AP-nin yenilənmiş sorğusuna görə, 2538 nümayəndə ona səs verməyə hazırdır. Respondentlərdən heç biri digər namizədin adını çəkməyib. Agentlik qeyd edir ki, nəşr xanım Harrisin ehtimal olunan namizəd kimi adını çəkmir, çünki sorğu rəsmi deyil və nümayəndələr qurultay zamanı təklif olunan istənilən namizədi seçməkdə sərbəstdirlər.

Co Bayden iyulun 21-də prezidentlik yarışından çıxdığını elan edib. Bu hadisədən sonra Kamala Harrisin kampaniyası ilk 24 saat ərzində rekord 81 milyon dollar ianə toplayıb.

Son xəbərlər
Digər xəbərlər