ABŞ-nin vitse-prezidenti Kamala Harris respublikaçı Donald Trampla debata hazır olduğunu bildirib.
Harris məsələ ilə bağlı bunları deyib:
“Məndən debatla bağlı soruşurlar. Demək istəyirəm ki, mən Donald Trampla debata hazıram. Debatın əvvəl də razılaşdırıldığı kimi, sentyabrın 10-da keçirilməsinə razılıq verdim. O da bununla razılaşdı”, – deyə Harris müsahibəsində bildirib.
Harrisin sözlərinə görə, Tramp debat üçün yerin dəyişdirilməsini tələb edib və bununla da qismən geri addım atmış olub.
Qeyd edək ki, Tramp növbəti debatı ABC-də deyil, Fox News-da keçirmək istədiyini açıqlamış və bunu ABC-nin qərəzliliyi ilə əlaqələndirmişdi. ABC-nin debatı sentyabrın 10-na planlaşdırılıb.