Azərbaycan Mərkəzi Bankda yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, 2024-cü ilin iyul ayından etibarən Bəhruz Balayev Mərkəzi Bankın sədrinə məsləhətçi təyin edilib.
O, 2023-cü ilin iyun ayından 2024-cü ilin may ayına qədər Birləşmiş Millətlər Təşkilatında məsləhətçi kimi çalışıb.
Bəhruz Balayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2001 – 2005-ci illərdə “Siyasi Elm və Dövlət İdarəçiliyi” üzrə bakalavr təhsili alıb. 2013-2014-cü illərdə Harvard Kennedi Məktəbində “Dövlət İdarəçiliyi” üzrə magistr dərəcəsini bitirib .