10 C
Baku
Sunday, December 22, 2024

Harvard məzununun planları

Murad Sofizadə hələ tələbə vaxtından Harvardda oxumaq xəyalı ilə yaşayırdı, elə oradaca PProcter&Gamble marketinq qələbələrindən mühazirələrə qulaq asmaqdan yorulmurdu.

Uzaq 1990-cı illərdə Azərbaycan Texniki Univesitetinin gənc dinləyicisi düşünmürdü ki vaxt gələcək onun bütün arzuları həyata keçəcək.

O sadəcə oz məqsədinə doğru irəliləyirdi: məqalələr yazır, bankda çalışırdı, Bakıda o vaxtı qeyri-adi sayılan “Snickers” şokoladları satırdı. Və qəfil özünü P&G-ın İstanbul baş qərargahında Harvarddan gələn məktubları oxuyan brend-menecer yerində görür, onu ABŞ-ya oxumağa dəvət edirlər. Təhsil alarkən o start-upa rəhbərlik edəcək, Deloitte-nin auditorlaru bunu gələcəkdə Şərqi Avropada və Şimali Afrikada ən tez inkişaf edən şirkətlərdən biri hesab edəcəklər.

Murad Sofizadə E-xecutive söhbətində satışlarla necə tanış olduğu, P&G-in nə ilə yadda qaldğını, Harvardda təhsildən və rusiaylılardan yaxşı işçi formalaşdırmağın mümkünlüyündən danışdı.

Banker.az: Siz Azərbaycanda doğulmusunuz, lakin karyeranızı Turkiyədə qurmusuz. İstanbula necə gəldiniz?

murad- 1Murad Sofizadə: Universiteti Bakida bitirmişəm, 1992-cu ildən 1997-ci ilədək oxumuşam. O zaman iqtisadiyyatda vəziyyət kifayət qədər mürəkkəb idi, ona görə də mən əyani şöbədə oxuyaraq, gecələr “Azərbaycan iqtisadiyyatı” qazetində çalışırdım, iqtisadiyyat mövzusunda məqalələr yazırdım. Sonra banka da ışə düzəldim. Bəzi mühazirələri buraxmalı olurdum, sonra banka gedirdim, axşam isə qəzetə – on səkkiz saatlıq iş günü (gülür).
Buraxılmağa təxminən bir il qalmış mən Mars şirkətinə işə düzəldim, kroporativ proqramla oxuduqdan sonra yeddi nəfərin top-lideri oldum, biz şokolad satırdıq və marçendayzinlqə məşğul olurduq. Bu birbaşa küçədə satışın əsl canlı təcrübəsi idi. O zaman satış sistemi qurulmamışdı, bütün ticarət məntəqələri faktiki olaraq kreditlə işləyirdilər, yəni mal piştaxtaya yerləşdirilirdi, pulu isə sonra alırdılar. Biz maşınla gedərək sifariş qəbul edirdik, malı isə başqa adamlar çatdırırdılar, lakin pulu yenə biz yığırdıq.
O zaman mən satışların nə olduğunu öyrəndim, malların yaxşı yerlərdə necə yerləşdirilməsini başa düşdüm, və insanlara etibar etməyə başladım, çünki siz malları konsiqnasiyaya satan zaman etibarslz bu mümkün deyil. Mənim üzərimdə daimi $20-40 min. borc asılı qalırdı,  nə qədər çox satsan o qədər çox borc olur.

Banker.az: Həmkarlar və tərəfdaşlar oğurluq edirdilər?

Murad Sofizadə: Təəccüblüdür, lakin oğurluq, necə deyərlər “atmaq” praktiki olaraq olmurdu. Baxmayaraq ki, əmək haqqı aşağı idi, o zaman 1000$ aylıq gəlir olduqca yaxşı hesab olunurdu. Biz kimə borc vermək olar, kimə olmaz – bunu öyrənirdik. Ticarət məntəqəsi ilə tanış olmaqdan başlayırdıq: neçə ildir fəaliyyət göstərir, sahibi kimdir, başqa – Danone, Coca-Cola yaxud Philip Morris kimi şirkətlərin satıcılarından bu məntəqələrə olan münasibətlərini, sahiblərinin ödəmələri gecikdirmələri, aldatmaq hadisələri barədə soruşurduq. Biz beləcə kredit tarixlərini toplayırdıq. Bazar yox idi, biz onu yaradırdıq.

Banker.az: Siz Procter&Gamble-ə necə gəldiniz?

Murad Sofizadə: Mən təxminən bir il yarım Mars şirkətində çalışdım, bu vaxt ərzində  universiteti də bitirdim və elə bir mərhələ yetişdi ki, mən bundan sonra öz seçimimi etməli idim. Gördüyüm iş ürəyimcə idi, şanslı idim, mənə Mars şirkətinin Azərbaycanda kantri-menecer vəzifəsi vermək istəyirdilər, mən isə Rusiya barədə düşünürdüm. 1997-ci il idi, Rusiya artıq iqtisadi böhran yaşayırdı, bu səbəbdən Mars şirkətinin Rusiya bölməsi yeni əməkdaşları işə qəbul etmirdi və mən başqa təkliflər barəsində düşündüm.
Univesitetdə marketinq üzrə mühazirələrdə biz P&G şirkətinə heyran idik. Bu zaman P&G məhz İstanbula ticarət nişanı üzrə brend-menecerin müavinləri ştatı yığırdı.   MDB, Zaqafqaziya və Orta Asiya bazarlarına cavabdeh olmaq lazım idi. Satış və marketinq məni hər şeydən çox maraqlandırırdı, ona görə də, diplom almazdan qabaq, 1997-ci ilin əvvəlində mən İstanbula işləməyə getdim. Mars şirkətinin distribyutoru olan “Ekstim” şirkətində biz rəsmi olaraq işə qəbul olunmuşduq, burada isə karyeranı P&G şirkətinin özündə inkışaf etmək imkanı ələ düşmüşdü. Mənim karyeramın dörd illik epopeyası başlandı. Bu çox mühüm idi. Mən iri multimilli şirkətdə çalışırdım və geniş ərazilərdə iri brendlərlə işləyirdim. Əvvəlcə mən yeddi ölkəyə: üç Zaqafqaziya və dörd Orta Asiya ölkəsinə cavabdeh idim. Orta Asiyada ofis açıldıqdan sonra, mən ancaq Zaqafqaziya ölkələrinə cavabdeh oldum. Və P&G-da karyeramın sonuncu mərhələsində artıq brend-menecer olaraq mən Türküyəyə cavabdeh idim – bu isə daha iri, Zaqafqaziya bazarının həcmindən on dəfə böyük bazardır.

 Banker.az: P&G-də olduğunuz vaxt nə ilə yadda qalmışdır?

 Murad Sofizadə: P&G tarixən elə qurulub ki, bütün multimilli komandanı hərəkətə gətirən qüvvə marketinq olub. Mənim bu “qüvvəyə” aidiyyatım var idi və mənim rəsmi olaraq cavabdehliyim yaxud əmr verməyə səlahiyyətim olmadığı halda, mən komandada lider olmağı və lahyihələri irəli sürməyi öyrəndim. Satışla məşğul olan menecer var, başqa menecerlər var. Onlar hamı sizinlə səviyyədə və vəzifədə eynidirlər, sizə tabe deyillər, onlar öz funksional rəhbərlərinə tabedirlər. Lakin sən lider olmalısan və komandanı idarə etməlisən, büdcəni təsdiq etməlisən, maliyyəni razılaşdırılmalısan. P&G-də demək olar ki, bütün iş həmkarlarla münasibətlərin qurulmasına əsaslanır. Xöşbəxlikdən insanlar yüksək səviyyəli idilər və mən çox şey öyrəndim, həmçinin komandadan.

Banker.az: MBA barədə siz P&G-də fikirləşdiniz?

Murad Sofizadə: Bəli, İstanbulda dörd il işlədikdən sonra ortaya “Sonra nə etməli?” sualı çıxdı. Məni hər şey qane edirdi, lakin o zaman mənim çoxlu tanışlarım MBA haqqında düşünürdülər. O zaman mən biznes məktəbin mənə nə üçün lazım olduğunu və ümumiyyətlə, təhsil üçün harasa getmək istəyimi axıradək dərk etmirdim. Hələ universitetdən əvvəl mən Harvardda oxumaq arzusunda idim, lakin bu arzu həyata keçə bilməzdi, çünki 1992-cı ildə ancaq universitetə qəbul olunurdum və atam rəhmətə getdi, bütün ailə məndən və böyük qardaşımdan asılı qalmışdı. Mən doğmalarımı Azərbaycanda qoyub uzaq ölkəyə iki il ərzində oxumağa gedə bilməzdim.
Lakin fikrim və arzum qalmışdı, ona görə də imkan olan kimi sənədlərimi üstünlük verdiyim dörd məktəbə verdim –Harvard, Stanford, MİT və Whartona.  İlk aldığım məktubun Harvarddan olması məni çox sevindirdi, məni müsahibəyə dəvət edirdilər. Bu, 40 min insan həyatına son qoymuş güclü zəlzələnin baş verdiyi, bununla belə Türkiyə iqtisadiyyatında 1990-cı illərin axırının resessiyası və axırıncı on il ərzində olan 70-80% xroniki inflyasiyanın təsiri olan 2001-ci ildə Türkiyədə növbəti böhran başlayan zaman olmuşdur.
Yeri gəlmişkən, hətta sənədlərimi məktəbə göndərdikdə, mən 100% MBA-ya getməyimdə əmin deyildim. Mən daxil olmaq istəyirdim, sonra isə gedib getməməyimi həll edəcəkdim. Və budur, mən Harvarddan dəvət alıram, Türkiyədə isə böhrandır. Buna kimi mən səhər saat doqquzdan axşam doqquza kimi işləyirdim, lakin böhranla əlaqədar bütün büdcələr sıxılmışdı, mən ofisdən 5:30-da çıxmağa başladım. Mənə bu ağır və qəribə gəlirdi, özümü və vaxtımı yükləməyə iş tapmırdım. Yəni bir neçə amil bir yerdə toplaşmışdı: mən istədiyim məktəbə daxil oldum və bu zaman Türkiyədə biznes bir qədər zəifləmişdi. Buna görə də mən MBA almaq üçün daha əlverişli vaxt olduğu qərarını verdim.
Yenə də, Cenevrəyə P&G-ın Qərbi Avropa üzrə mənzil-qərargahında işləməyə getmək variantı var idi. Bu çox cəzbedici qərar idi, lakin Harvard daha üstün gəldi və mən oxumağa getdim.

Banker.az: Siz oxumaq xatirinə İsveçrədə yaşamaqdan və işləməkdən imtina etdiniz. Harvard sizə daha geniş imkanlar açırdı?
Murad Sofizadə: Mən belə fikirləşirdim: P&G-də mən artıq işləyirəm, əgər Avropaya getsəm yeni yerdə maraqlı işlə məşğul olacağam, bu yaxşıdır, lakin bu adi irəliləyişdir, mən isə sıçrayiş istəyirdim. Bununla yanaşı, mən öz arzumun həyata keçməsini istəyirdim və Harvardda oxumağın mənə nə verəcəyini, məni daha nəyin maraqlandıracağını düşünürdüm. Başqa insanlara, onların karyeralarına, arzularına, təcrübələrinə baxmaq istəyirdim. Yeni perspektivlərin açılmasını arzulayırdım.
Banker.az: Stenfordun məzunları E-xecutive müsahibələrində deyirdilər:”Harvard məzunları bahalı kostyumlar geyinir, bahalı maşınlarda gəzirlər, biznes qərarların klassik həll edilməsinin tərəfdarıdırlar. Stanfordda isə insanlar dərsə şortlarda, başmaqla və maykada gedirlər”. Sizi nə üçün məhz Harvard cəlb etdi?
Murad Sofizadə: Mən məktəbləri bu tərzdə bölməzdim. Hər iki məktəbdə yaxşı proqramlar var, onlar liderləri inkişaf etdirirlər. Harvard proqramı daha genişdir – ildə 900 nəfər buraxılış, bunlardan ən azı onu rusdilli tələbələrdir, bu isə Rusiyadan yaxud MDB-dən olan tələbə üçün müsbət cəhətdir. Stanford təxminən üç dəfə az buraxılış edir və rusdilli tələbələr orada əhəmiyyətli dərəcədə azdır.
Təbiidir ki, hər məktəbin öz spesifikası var və bir çox şey məktəbin yerindən asılıdır. Məsələn, Harvard məzunları çox halda öz bizneslərini proqram təminatı sahəsindən yaxud bioloji texnologiyalardan başlayırlar, çünki Harvard yerləşən Bostonda biotexnologiyalar sənayesinin böyük bir hisəsi yerləşdirilib. Stanford tələbələri çox halda haytek və proqram təminatı ilə məşğuldurlar, çünki orada Silikon vadisi var. Və ümumiyyətlə Kaliforniyanın mədəniyyəti risklidir, ona görə start-uplar Stanfordda Harvarddan olduğundan daha çoxdur.
Banker.az: Top biznes məktəbində biznes təhsili almaq üçün, bir neçə il biznesdən kənarlaşaraq başqa mədəniyyəti olan ölkəyə getmək lazım gəlir. Qarşıdan gələn iki ildə sizi nə narahat edirdi?
Murad Sofizadə: Məhz iki illik getmək lazımdır. MBA-nın Avropada məşhur olan bir illik proqramları elmi öyrənmək və ətrafdakı insanları tanımaq üçün iki dəfə az vaxt deməkdir.  Razıyam, mənfi cəhətlər var. Əsas çatışmamazlıq işlədiyin ölkədən və ünsiyyətdə olduğun insanlardan iki ilə ayrılmaqdır. Lakin başqa tərəfdən yeni əlaqələr, yeni biliklər, yeni imkanlar əmələ gəlir.
Mən hal-hazırda vaxtımı daha çox Harvarddan olan sinif yoldaşlarımla keçirirəm, biz bizneslə məşğul olur, şəxsi məsələləri müzakirə edirik.  Bu məhz o insanlardır ki, sən onlarla daha çox ünsiyyətdə olursan, tennis oynayırsan və mühüm məsələlər həll edirsən.
Banker.az: İş planlarınız barədə nə deyə bilərsiz?
Murad Sofizadə: P&G-yə oxşar şirkətlərdə MBA yüksək qiymətləndirilir, lakin daxili təcrübə orada daha vacibdir, ona görə iki illik Harvarda gedərək və sonra yenidən P&G geri qayıtmaq – bu həqiqətən bir mənada itirilmiş vaxt deməkdir.
Bizim tənəzzülə uğrayan təhsil sistemi səbəbindən çoxları universiteti yaxud bakalavrlığı bitirdikdən sonra əvvəlcədən planlaşdırdıqları sahədə yox, karyeraları alınan yaxud formalaşan sahədə işləyirlər.   MBA insanı “yolayrıcıya” qaytarır və o burada karyera pilləkənində hansı istiqamətdə və hansı şəkildə hərəkət edəcəyi barədə yenidən seçim edir. Ona görə ki, biznes məktəbdə işə düzəlmə üçün geniş seçim mövcuddur və çox adamlarla məsləhətləşərək karyera barəsində öz fikrini yaratmağa kömək edir.

Banker.az: Sinif yoldaşlarınızın hamısı iş tapdımı?

Murad Sofizadə: Mən proqramı bitirdiyim vaxt, təxminən artıq məzunların 95% -i bir yaxud bir neçə iş yerinə təklif almışdırlar. Hal-hazırda biznes-mühit dəyişib və iş tapmaq çətinləşib. Lakin mən indiki Harvard məzunlarından eşidirəm nisbət eyni qalıb – 85-90%-i iş tapırlar, sadəcə buraxılış zamanı onlara iki-üç yox, ancaq bir təklif olur yaxud onlar düşündükləri yox, bazarda müvcud olan işə qəbul olunublar.
Böhrana görə daha çox adam konsaltinqə gedir. Əgər əvvəl Harvard məzunlarının 20-30%-i konsalter idisə, indi bu, 40% təşkil edir. MBA-nın çox məzunları P&G, Johnson&Johnson kimi sənaye şirkətlərinə işləməyə gedirlər. Bundan başqa bilirəm ki, biznes məktəbindən sonra öz bizneslərini açanların faiz göstəricisi artır, bu da yaxşı trenddir.

Banker.az: Siz “Aypinet” telekommunikasiya şirkətindən olan partnyorunuzla necə tanış olmuşduz?

Murad Sofizadə: Mən oxumağa 2001-ci ildə dərslərə bir həftə qalmış gəlmişdim. Biz təzə oxumağa başlamışdıq ki, 11 sentyabr hadisəsi baş verdi. Biz bir həftə oxumadıq, ölkə fəlakət həyəcanını yaşayırdı.   Oxumağa başlamaq ağır idi. Öz dostlarını, tanışlarını, qohumlarını itirmiş insanlar var idi. Lakin hər bir fəlakət həyəcanı gec ya tez keçir, və sonra hər şey müvəffəqiyyətlə davam edir.
Elə həmin sentyabrın axırı mən Harvard Kennedy School-a daxil olmaq qərarına gəldim, bu – dövlət idarə etməsi institutudur. Mən cəld sənədləri verdim, əlavə testlər vermək lazım gəlmədi, məni qəbul etdilər, və mənim iki illik programım üç illik oldu: MBA və MPA ayrı ayrılıqda iki il davam edir, lakin onları eyni vaxtda oxuduğun halda, daha intensiv ikinci və üçüncü illərlə üç illik proqam alınır. Elə o vaxt mən “Aypinet”də olan tərəfdaşımla tanış oldum.  O əvvəllər Qazaxıstanda nazir olmuşdur, dövlət qulluğundan sonra dövlət idarəçiliyi sahəsində nəzəri biliklərə yiyələnmək qərarına gəlmişdir. Biz dostlaşdıq, Rusiyada biznesi olduğu barədə danışdı, lakin hələ satışın olmadığını bildirdi. Mənə bu şirkətə rəhbərlik müqabilində səhmlərin bir hissəsinin opsionunu təklif etdi.
Mən onun partnyorları ilə tanış oldum, onlar bir insan kimi, biznes adamı kimi xoşuma gəldilər, lakin dərhal getmək lazım idi. Bu səbəbdən mən akademik məzuniyyət götürərək, 2003-cü ilin yayında “Aypinet” layihəsi ilə məşğul olmaq üçün Rusiyaya, getdim.

Banker.az: Demək istəyirsiz ki, təhsilinizi atdınız?

Murad Sofizadə: Əvvəlcədən “Aypinet”-ə bir il həsr etməyi, sonra geri qayıtmağı planlaşdırmışdım.  Lakin elə oldu ki, layihə məni özünə çəkdi. O zaman iqtisadiyyat sürətlə inkişaf edirdi, və mən start-apa rəhbərlik edirdim, funksionalı, komandanı, marketinqi, satışları yaradırdım, bunların hamısı məni cəlb edirdi. Bir ildən sonra şirkəti müəyyən səviyyəyə gətirmək üçün, mən daha bir il yubanmaq qərarı verdim. Elə alındı ki, mən iki il oxumuşdum, lakin diplomlarımı divardan asa bilmirdim, buna görə 2005-ci ildə mən Harvarda qayıtdım, doqquz ay oxudum və 2006-cı ilin may ayında öz diplomlarımı aldım. Praktiki olaraq bu doqquz ayın bütün fasilələrini mən şirkətlə məşğul olmaq üçün Moskvada keçirirdim. Uzaqda olmağına baxmayaraq, mən hətta Bostondan şirkətə rəhbərlik edirdim. Bu vaxt “Aypinet”-də komanda artıq yaranmışdı. Yarısını Harvardda keçirdiyim 2006-cı ildə şirkət 120% artmışdı. 2009-cu ildə isə bizim şirkət yüksək texnologiyalar biznesi arasında Deloitte-nin Şərqi Avropa və Şimali Afrika regionunda ən sürətlə inkişaf edən şirkətlər reytinqinə düşmüşdü. İnkişaf tempinə görə Rusiyada birinci, Avropada isə 500 şirkətdən 30-cu olmuşdu.

Banker.az: Hiss edirdiniz ki oxumaq işdən yayındırır?

Murad Sofizadə: Hiss edirdim ki, artıq başqa cür oxuyuram. Korporativ həyatda “bişəndən” sonra, oxumağa qayıtmaq çətin olur. Lakin hər bir halda təhsili bitirmək lazım idi, təhsildən ayrılmanı daha bir iki il uzatdıqda sənədləri yenidən vermək lazım gəlir. Bu rəsmidir, amma belə də olmalıdır. Və ildən-ilə geri qayıtmaq daha da mürəkkəbləşir, çünki biznes artır və onu tərk etmək çətin olur. Lakin mənim axırıncı oxuduğum il ərzində ürəyim və beynim əlbəttə ki, Moskvada idi.

Banker.az: Sizə hansı daha maraqlıdır – idarə etmək yaxud sahibkar olmaq?

Murad Sofizadə: Hər şey layihədən asılıdır. İdarəetmə təcrübəsinin üstünlüyü onun miqyasının məhdud olmamasındadır. Menecer olub biznesə və iri layihələrə rəhbərlik etmək olar, sahibkar isə öz biznesi ilə məhdudlaşır.  Xüsusilə bütün işin sahibi olduğu halda sahibkarın başqa motivasiyası da müvcuddur. Məndə “Aypinet”-in minoritar paketi, opsionu vardı, lakin buna baxmayaraq motivasiya menecer motivasiyasından bir qədər fərqli idi. Sahibkarın üstünlüyü ondadır ki o işinin sahibidir, deməli o artma potensialı olan apsayda malikdir. Sahib olduğun işin çatışmayan cəhəti odur ki, hər bir biznes balaca ölçüdən başlayır və sonra böyüyür .Bu kifayət qədər risklidir, çünki az sayda biznesin böyük biznesə çevrilmək imkanı olur, çox hissəsi isə dağılır.
Baxmayaraq ki əslində hər şeyi daxili aparat və katiblər edir, korporativ mədəniyyətdə bütün texniki və logistik məsələlər bir növ özləri həll olunursa, start-apda hər şeyi özün təşkil edirsən və yerinə yetirirsən yaxud bunu necə etməyi komandaya öyrədirsən.  Rusiyada belə çətinliklər daha kəskin hiss olunur, çünki işgüzarlıq fəaliyyəti üçün burada maneə çoxdur.

Banker.az: Siz qeyd etdiniz ki Harvardda MPA dərəcəsi almısınız. Nə üçün? Öz həyatınızı dövlətə bağlamağı planlaşdırırdız?

Murad Sofizadə: Məni hər zaman həyatımın və karyeramın bir mərhələsində hansısa şəkildə dövlət idarəçiliyi ilə məşğul olmaq fikiri cəlb edirdi. Harvardda MPA-ya qəbul olduğum zaman bunu o fikirlə etmişdim ki, bu mənim nəzəri baza almaq üçün işdən ayrılmağa son imkanımdır. Mən infrastruktur obyektlərinin idarə olunmasını, kanalizasiya sistemlərinin, rabitə şəbəkələrinin necə qurulmasını, küçələrin təmizlənməsinə rəhbərlik və tenderlərin keçirilməsini öyrəndim.    Bu – maraqlı və hərtərəfli təcrübədir. Mən bunu hansı mərhələdə və necə istifadə edəcəyəm – bu mənim üçün indi də müəmmalıdır. Ola bilsin hec istifadə də etmədim.
Məndə hər şey alınsa, uğurlu biznes qurmaq istiyirəm, sonra isə maliyyə cəhətdən kifayət qədər sərbəst olduqda hökümət qulluğunda işləmək fikrim var. Bu harada olacaq – Rusiyada yaxud Azərbaycanda – mən hələ  bunu bilmirəm, bu konkret “bir, iki, üç” maddələri olan plan deyil. Mən çox insanlara, onların rifahına təsir edici layihələrlə məşğul olmaq istəyirəm. Cəmiyyətdə çox problem görürəm, məndə bu problemlərin çox sayda həlli var və mənə bunu hansısa bir formada həyata keçirmək mənə maraqlıdır.

Banker.az: Siz artıq Harvardın rus məzunları klubuna rəhbərlik edirsiz…

Murad Sofizadə: Bəli, hal-hazırda onun 465 iştirakçısı var, onlardan 325 Rusiyadadırlar, qalanı isə hal-hazırda təhsil alır yaxud əvvəl Rusiyada işləyib sonra gedənlərdir, lakin geri qayıtmağı planlaşdıranlardır, bundan əlavə, Rusiya üçün narahat olan ekspatlar yaxud sadəcə əcnəbilər burada iştirak edirlər.

Banker.az: Klubun məqsədi nədən ibarətdir?

Murad Sofizadə: Biz Harvardın Rusiya və MDB ilə həyatını bağlayan bütün məzunlarını birləşdiririk: onlar burada dünyaya gəliblər, yaşayıblar yaxud sadəcə Rusiya ilə maraqlanırlar.  İnsanları bir-biri ilə görüşdürmək üçün, ünsiyyətdə olmaq, daha sonra biznes qurmaq üçün tədbirlər təşkil edirik. Başqa – Stanford, Yale, Columbia, Wharton, Muskie – klubları ilə ünsiyyətdə oluruq, lakin bu məktəblərin məzunları klubda bir neçə dəfə azdır və bir neçə yüz adam olan Muskie istisna olmaqla, 40-50 nəfər təşkil edir. Məzunların axtarılmasına çox vaxt sərf olunur, onlar çox məşğuldurlar və olur ki aktiv işləyən klubun olduğunu bilmirlər, buna baxmayaraq bizim klub hər il 30-40 nəfər artır. Buna baxmayaraq, axırıncı il ərzində bizim sayımız 200-dən 465 nəfərə kimi artmışdır.
Görüşlərdə biz təcrübəmizlə bölüşürük, işimizdə qarşılaşdığımız çətinlikləri müzakirə edirik. Bu kömək edir, çünki hər kəsin öz sənayesi, öz təcrübəsi var və belə görüşlərdən sonra velosiped icad etmək lazım gəlmir, ümumi bekqraunda görə biz aramızda rəqabət aparmırıq və bir birimizə etibar edirik.

Banker.az: Necə oldu ki, siz kluba rəhbərlik etdiniz?

Murad Sofizadə: Mən klubun yaradılmasında, onun birinci yığıncağında iştirak etmişəm. O zaman mən idarə etmədə iştirak etmirdim, lakin 2006-cı ildə məndən qabaq rəhbər olan Aleksandr Lupaçyov seçiləndə, mən klubu onunla birgə xəzinədar kimi fəal inkışaf edirdim. Yeni enerji əmələ gəlməsi üçün, klubun prezidenti hər iki ildən bir seçilir Və Aleksandrın iki ili tamam olduqda, nəzarət şurası vəzifəni mənə tapşırdı, mən razılıq verdim. 2009-cu ilin iyulunda keçirilən seçkilərdə klubun üzvləri mənə tərəfdar oldular.

Banker.az: Belə klublar vasitəsi ilə kütlələrə təsir göstərmək olur?

Murad Sofizadə: Mən daha bir klubda – “Money and politics”də iştirak edirəm, biz toplaşaraq cəmiyyət qarşısında duran problemləri müzakirə edirik. İşdən asudə vaxtda keçirilən belə görüşlərin birində biz bir problem tapdiq və onun həllini təklif etdik. Bu Rusiyanın Harvard klubu ilə birgə layihədir. Beləliklə, “Rusiyalılara qlobal təhsil” proqramı yarandı. Bu ona gətirir ki, biz hər il 10-30 min rusiyalını dünyanın ən yaxşı təhsil müəsissələrinə göndərmək istəyirik. Bu ancaq MBA deyil, həmçinin univesitetlər, magistraturalar, PhD proqramlardır. İnsanlar biotexnologiyalardan başlayaraq və nüvə fizikasına kimi oxuyacaqlar.
Və oxumağa kimlərin getməsini universitetlər özləri həll edəcəklər. Rusiyalılar üçün ayrı proqram yaradılmayacaq, namizədlər ümumi qaydada daxil olacaqlar. Biz bu proqramalın hansısa birinə daxil olanlara, xarici yaxud Rusiya banklarının güzəştli iyirmi illik kredit vermələrinə nail olmaq istəyirik. Əgər kimsə oxuduqdan sonra xaricdə qalarsa, krediti ozü ödəməli olacaq. Kim geri qayıdıb xüsusi sahədə işə düzəlsə, həmin adama beş il ərzində oxumaq haqqının yarısı kompensasiya olunacaq, kim dövlət qulluğunda işə düzəlsə, oxumaq haqqı üç il ərzində tamamilə ödəniləcək.
Banker.az: Dövlət sizin layihəyə diqqət yetirirmi?

Murad Sofizadə: Biz bu proqramı dövlətdə təsiri ola bilən çox adama təqdim edirik. Hal-hazırda bizim layihəyə Rusiyanın prezident administrasiyasında baxırlar. Ümid edirik hansısa bir şəkildə o, həyata keçəcək. Bizim müdaxilə olmağımızın əsas prinsipi bir məsələnin üzərində fokusu yığmaq və konkret layihəni yekun nəticəyə gətirməkdən ibarətdir.

Hal hazırda Rusiya bütün tələbələrindən 0.4%-ni xaricə təhsil almağa göndərir. Çin 7-8 dəfə çox, ABŞ beş dəfə çox göndərir. Biz Rusiyanın göstəricisini bir neçə dəfə, ən azı 5% qədər artırmaq istəyirik. Bu çox böyük rəqəm deyil, lakin multiplikator effekti işə düşəcək: top proqramla oxumuş hər bir adam, PhD alıb və Rusiyaya dərs deməyə qayıdaraq, öz karyerası zamanı yüzlərlə və minlərlə başqa adamlara təsir göstərə bilər. Təbiidir ki, kreditlərə maddi yardım göstərmək üçün dövlət yardımına ehtiyac olacaq.  Hal-hazırda belə proqramın faydalı olmasına prezidenti inandırmağa çalışırıq.

Banker.az: “Finans” jurnalı sizi 2009-cu ilin 33 ən perspektivli gənc biznesmenlərindən biri adlandırdı. Siz buna necə münasibət göstərdiniz? Bu sizin biznesinizə necə təsir etdi?

Murad Sofizadə: Müsbət münasibət göstərdim (gülür). Bu reytinqdə Harvard klubunun mənimlə ünsiyyətdə olan çoxlu iştirakçısı var. Əlbəttə ki, reytinqlər subyektivdirlər, onlar vəziyyətin tam əks olunması iddiasında deyillər. Mən “Exo Moskvı” radiosunun “Poslezavtra” proqramında iştirak etdim, ora “Sto liderov XXİ veka” dəvət olunur. Belə reytinqlər çox yaxşıdır və mən təbii ki məmnunam, onlar mənə işimdə yardım olurlar, çünki insanlar səni artıq tanıyırlar.  Lakin mən özümü selebriti yaxud ulduz saymıram. Belə tanınma xoşdur, lakin bu əsas deyil.

Banker.az: Yaxın illərdə nə ilə məşğul olacaqsınız

Murad Sofizadə: 2010-cu ilin mart ayında mən “Aypinet” şirkətindən getmişəm, şirkət müəyyən səviyyəyə çatdı və mən özümə yeni vəzifələr axtarıram. Hal-hazırda ailəm və dostlarımla onlayn travel edvayzori sahəsində yeni start-ap inkişaf etdirirəm – bu yaxınlarda onu buraxacağıq.  Ola bilsin ki bu start-apla full-taym məşğul olum yaxud yeni bir layihə inkışaf etdirim, mən hər bir təklifi qəbul etməyə açığam.

Çərşənbə axşamı, Dek 03rd

Last update04:57:29 PM

Harvard məzununun planları

murad %201

Murad Sofizadə hələ tələbə vaxtından Harvardda oxumaq xəyalı ilə yaşayırdı, elə oradaca PProcter&Gamble marketinq qələbələrindən mühazirələrə qulaq asmaqdan yorulmurdu.

Uzaq 1990-cı illərdə Azərbaycan Texniki Univesitetinin gənc dinləyicisi düşünmürdü ki vaxt gələcək onun bütün arzuları həyata keçəcək.

O sadəcə oz məqsədinə doğru irəliləyirdi: məqalələr yazır, bankda çalışırdı, Bakıda o vaxtı qeyri-adi sayılan “Snickers” şokoladları satırdı. Və qəfil özünü P&G-ın İstanbul baş qərargahında Harvarddan gələn məktubları oxuyan brend-menecer yerində görür, onu ABŞ-ya oxumağa dəvət edirlər. Təhsil alarkən o start-upa rəhbərlik edəcək, Deloitte-nin auditorlaru bunu gələcəkdə Şərqi Avropada və Şimali Afrikada ən tez inkişaf edən şirkətlərdən biri hesab edəcəklər.

Murad Sofizadə E-xecutive söhbətində satışlarla necə tanış olduğu, P&G-in nə ilə yadda qaldğını, Harvardda təhsildən və rusiaylılardan yaxşı işçi formalaşdırmağın mümkünlüyündən danışdı.

Banker.az: Siz Azərbaycanda doğulmusunuz, lakin karyeranızı Turkiyədə qurmusuz. İstanbula necə gəldiniz?

Murad Sofizadə: Universiteti Bakida bitirmişəm, 1992-cu ildən 1997-ci ilədək oxumuşam. O zaman iqtisadiyyatda vəziyyət kifayət qədər mürəkkəb idi, ona görə də mən əyani şöbədə oxuyaraq, gecələr “Azərbaycan iqtisadiyyatı” qazetində çalışırdım, iqtisadiyyat mövzusunda məqalələr yazırdım. Sonra banka da ışə düzəldim. Bəzi mühazirələri buraxmalı olurdum, sonra banka gedirdim, axşam isə qəzetə – on səkkiz saatlıq iş günü (gülür).

Son xəbərlər
Digər xəbərlər