3 C
Baku
Saturday, December 14, 2024

Harvard tələbələri üçün motivasiya planı

Biz əminik ki, Harvard universitetinin tələbələrini motivasiya etmək üçün istifadə olunan bu 15 fəlsəfi fikir, nəinki imtahanlara hazırlaşan tələbələr üçün, həm də həyatda uğura hədəflənən digər insanlara da olduqca faydalı olacaq.

1. Əlbəttə əgər sən indi yatsan, sənin xəyalın yuxuda sənə görünəcək, amma sən yuxunu deyil, oxumağı seçsən onda sən bu xəyalı həyata gerçəkləşdirə biləcəksən.

2. “Hər şey artıq çox gecdir” deyə fikirləşdiyin anda, əslində hələ çox tezdir və hər şey hələ qabaqdadır.

3. Təhsilə görə çəkilən əzab müvəqqəti, biliksizliyə görə verilən əzab isə əbədidir.

4. Təhsil daşımalı olduğun yük deyil, bu sənin göstərdiyin səylərdir.

5. Həyat təkcə oxumaqdan –təhsildən ibarət deyil, amma sən hətta bunun öhdəsindən belə gələ bilmirsənsə, onda ümumiyyətlə sən nəyə qadirsən?

6. Gərginlik və əzmkarlıq həm də həzzə çevrilə bilər.

7. Yalnız hər şeyi daha tez edən adam və yalnız həqiqətən söy göstərən adam, həqiqətən də öz uğurundan zövq ala biləcək.

8. Hər şeydə uğur qazanmaq heç kəsdə hər kəsə müyəssər olmur. Amma uğur yalnız özünütəkmilləşdirmə və qətiyyət ilə əldə edilir.

9. Vaxt uçur.

10. Bu gün mənasız şeylərə görə axıtdığınız ağız suyu, sabah tökdüyünüz göz yaşına çevrilə bilər.

11. Öz gələcəkləri üçün yatırım edən insanlar realistdir.

12. Sənin əməkhaqqın sənin təhsilinə düz mütənasibdir.

13. Bu gün bir də təkrar olmayacaq, ötən gün bir də geri qayıtmayacaq.

14. Hətta indi də sənin düşmənlərin acgözlüklə kitabları vərəqləyirlər.

15. İşləməyən dişləməz (Tər tökməsən, bəhrəsini görməzsən).

Son xəbərlər
Digər xəbərlər