12 C
Baku
Thursday, March 28, 2024

Harvard Universiteti pandemiya dövründə 67 kursu pulsuz təklif edir

Bildiyimiz kimi, Koronavirusun yayılması ilə dünyanın hər yerində təhsil müəssisələri bağlanıb. Buna baxmayaraq, tədris proqramını vaxtında başa çatdırmaq da vacibdir. Bunu asanlaşdırmaq üçün bir sıra universitetlər tələbələri üçün onlayn dərslər keçirlər.

Banker.az xəbər verir ki, ABŞ-ın Harvard Universiteti davam edən pandemiya dövründə tələbələrə 67 pulsuz onlayn kurs təklif edir.

Bu kursların müddəti, mövzudan və tədris proqramından asılı olaraq 1 həftədən 12 həftəyə qədər dəyişir. Kurslara proqramlaşdırma, səhiyyə, tibb, kompüter elmləri, humanitar elmlər, sosial elmlər, incəsənət və dizayn və biznes sahələri kimi fərqli mövzular daxildir.

Pulsuz onlayn kurslara necə müraciət etmək olar: Harvard Universitetinin https://online-learning.harvard.edu rəsmi saytına daxil olursuz; Mövzunu, başlanğıc tarixini, məktəbi, müddəti və çətinlik səviyyəsini seçirsiz; Seçimlərinizə uyğun bütün proqramların siyahısını əldə edəcəksiniz; sonra kursu seçirsiz və bütün tələb olunan məlumatları ərizə formasında doldurursuz; nömrəniz və poçtunuzda təsdiq alacaqsınız.

Qeyd edək ki, Harvard Universiteti, Covid-19 böhranı səbəbiylə il ərzində fərdi dərsləri ləğv edib.

Son xəbərlər
Digər xəbərlər