“Zəlzələdən sonra Hatay Hava Limanının eniş-qalxış zolağı yenidən yoxlanıldı, hər hansı problemin olmadığı müəyyən edildi”.
Bunu Türkiyə Hava Yollarının (THY) rəhbəri Bilal Ekşi tviter səhifəsində yazıb.
“Təyyarəmiz hava limanından təhlükəsiz şəkildə uçuş icra etdi”, – deyə o bildirib.
Qeyd edək ki, 20 fevral yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə ardıcıl güclü zəlzələlər baş verib, daha sonra 5 bal ətrafında afterşoklar olub. Nəticədə 3 nəfər həlak olub, 213 nəfər yaralanıb.