7 C
Baku
Thursday, December 12, 2024

“Hatt Hotels” hotel şəbəkəsi “Apple Leisure Group”u 2.7 mlrd. dollara alır

Amerikanın lüks hotel şəbəkəsini idarə edən “Hatt Hotels” bu yaxınlarda “Apple Leisure Group” şirkəti ilə müqavilə bağladığını açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Müqavilə şərtlərinə görə, “Hatt Group” özəl investisiya şirkətlərinə nağd pul şəklində 2.7 milyard dollar ödəyəcək.

“Apple Leisure Group” 1969-cü ildə qurulub və bu gün “Secrets”, “Dreams”, “Breathless” və Latın Amerikası, Karib dənizi, Avropa və Yaxın Şərqdə fəaliyyət göstərən bir sıra digər hotelləri idarə edir. Bununla yanaşı, şirkət “Apple Vacation”, “CheapCarribean” və digər brendlər altında turpaketlər satır.

“ALG” mövcud sahibləri tərəfindən 2017-ci ildə açıqlanmayan məbləğdə əldə edilib. İllər keçdikcə “ALG”nin aktiv portfeli əhəmiyyətli dərəcədə artıb və hazırda dünyanın on ölkəsində hotel fondu 33 min otağı keçir.

Son xəbərlər
Digər xəbərlər