Scotland Yard polisi Londonun əsas zərgərlik qəsəbəsi Hatton Gardendə geniş miqyaslı qarətin nəticələrinin şəkillərini çap etmişdir. Oğrular təqribən 70 seyf hücrəsindən zərgərlik nümunələrini qarət etmişlər. Zərərin ümumi məbləği təqribən 300 milyon dollar olaraq qiymətləndirilir.
Qeyd edək ki, oğrular Hilti — DD 350 adlı almaz qazma qurğusunun köməkliyi ilə yarım metrlik beton divarı uçurmaqla hücrəyə daxil ola bilmişlər. Onlar istifadə etdikləri qurğunu cinayət yerində qoyaraq getmişlər.
Zinət əşyalarının qarət edilməsi faktı isə yalnızca 14 aprel tarixində üzə çıxsa da, polis foto şəkilləri keçən həftə sonunda çap etdi.