18 C
Baku
Monday, September 16, 2024

Hava Limanı-Mərdəkan-Zağulba yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Bakıda Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 22:00-dan sabah saat 01:00-a qədər qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilir.

“Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər