10 C
Baku
Thursday, December 12, 2024

 Hava Limanı şöbəsi üçün Əməliyyatçı-Kassir – Kapital Bank

Kapital Bank namizədləri Hava Limanı şöbəsi üçün Əməliyyatçı-Kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Müştərilərə xidmət
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
• Ödəniş kartları üzrə əməliyyatların aparılması
• Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq
• Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.

Tələblər

• Ali təhsil
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
• Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Hava Limanı” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər

Son xəbərlər
Digər xəbərlər