Heydər Əliyev adına Bakı Hava Limanında fəaliyyət göstərən özəl “VİP Xidmətlər Qrupu” MMC-nin (əvvəlki “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC) gəlirləri 2022-ci ildə xeyli yüksəlib və bu özünü onun xalis mənfəətində də göstərir.
Banker.az xəbər verir ki, 2022-ci ildə şirkətin 31.6 milyon manat gəlirlər və 8.95 mln. manat maya dəyəri üzrə xərc edib. Beləliklə, bütün gəlirlər və xərclər fərqindən sonra onun xalis mənfəəti 15.84 milyon manat təşkil edib. 2022-ci il üzrə xalis mənfəəti 2021-ci ildəki 7.45 mln. manatdan 2 dəfədən çox artımdır.
Şirkətin hesabatında bildirilir ki, ötən il bölüşdürülməmiş mənfəətindən 19.94 milyon manat dividend ayırıb. Şirkətin səhmdarının adı rəsmi açıqlanmayıb.
Ona uzun müddətdir İlham Sabir oğlu Şükürov rəhbərlik edir.
Şirkət hazırda avia xidmətlərlə bərabər, həm də bank səhmdarıdır. Belə ki, “Premium Bank” ASC-nin 154.6 milyon manatlıq səhmlərinin 15.22 milyon manatı VİP Xidmətləri Qrupunundur. Şirkətin ümumilikdə 51.64 milyon manatlıq cəmi aktivləri mövcuddur.
“Premium Bank” ASC 2023-cü ilin ilk rübündə də səhmdarlarına bölüşdürülməmiş mənfəətindən 8 milyon manat dividend ayırdığını elan edib.