26 C
Baku
Thursday, October 10, 2024

Hava limanındakı “VIP” şirkəti sahibinə ₼20 mln. dividend ayırıb

Bakı Hava Limanında fəaliyət göstərən “VIP Xidmətləri Qrupu” MMC (əvvəlki “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC”) ötən il təsisçiyə mənfəətindən 19.95 milyon manat dividend ayırıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin 2022-ci il üzrə illik audit hesabatında bildirilir.

Ötən ili şirkət 15.84 milyon manat xalis mənfəət əldə edib. Bu öncəki ildən 2 dəfə yuxarı göstəricidir.

Beləliklə, 1 yanvar 2023-cü il tarixinə şirkətin kapital balansında 28.16 milyon manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.

Xatırladaq ki, şirkət 2011-ci ildə təsis edilib, 100  min manat nizamnamə kapitalı var. Onun rəhbəri İlham Sabir oğlu Şükürovdur.

Son xəbərlər
Digər xəbərlər