7 C
Baku
Thursday, December 12, 2024

Hava limanının yeni terminalının açılış tarixi bəlli oldu

Bakı hava limanının yeni beynəlxalq terminalı 15 apreldə açılacaq.

Verilən məlumatlara görə, hazırda hava limanının bütün personalı gücləndirilmiş şəraitdə işləyir və yeni terminalın açılışına hazırlaşır. Layihəyə 2010-cu ilin sonunda start verilmişdi.

Layihələndirmə işlərində isə Arup şirkəti iştirak edib.

Arup şirkətinin saytının verdiyi məlumata görə, işə mövcud fasadın sökülməsi, izolyasiyanın əlavə edilməsi və hava limanının yeni fasadının dizaynının yaradılması daxildir.

Heydər Əliyev adına beynəlxalq hava limanının yeni terminalı ildə 3 milyon sərnişinə xidmət etmək iqtidarında olacaq. Terminalın ümumi ərazisi 53 000 kvadrat metr olacaq.

Terminalda həmçinin mağazaların və sərnişinlər üçün boş vaxtlarını keçirmək üçün məkanların yaradılacağı da gözlənilir. Qeyd edək ki, bu tikili seysmoloji dayanıqlığa sahib olacaq.

Son xəbərlər
Digər xəbərlər