Avropada yüzlərlə aviareys ləğv olunub. Banker.az xarici mətbuata istinadən xəbər verir ki, bu vəziyyətdən daha çox əziyyət çəkən Böyük Britaniya, Fransa, Belçika və Hollandiyanın hava limanlarındakı sərnişinlərdir.
Böyük Britaniya
Böyük Britaniyada hava limanı işçilərinin çatışmaması səbəbindən uçuşların təxirə salınması davam edir. Bu gün British Airways Londonun Hitrou hava limanından 100-dən çox reysi ləğv edib, Easy Jet və Wizz Air isə Gatwick hava limanındakı problemlər səbəbindən bəzi uçuşları həyata keçirə bilmir.
Gatwick hava limanından ləğv edilən reyslər arasında Kopenhagen, Dubrovnik və Nitsaya da uçuşlar var. Bundan əlavə, İtaliyada hava limanlarında hərəkətə nəzarət işçilərinin tətil etməkləri səbəbindən İngiltərədən onlarla reys ləğv edilib. Son dəqiqə ləğvləri səbəbindən minlərlə insanın hava limanlarında gözlədiyi görünür.
Ölkədə turizm sənayesi kadr çatışmazlığı və xəstəliklə bağlı icazələr səbəbindən problemlərlə üzləşir. Kadr çatışmazlığının daha çox Covid-19 pandemiyası zamanı işdən çıxarılanların yeni iş yerləri tapması və aviasiya sənayesinə qayıtmaq istəməməsi ilə bağlı olduğu bildirilir.
Digər amil avropalı işçilərin Brexit səbəbilə ölkələrinə qayıtması və ağır viza tələbləri səbəbindən yeni işçilərin gələ bilməməsidir. Britaniya hökuməti isə aviasiya sənayesini post-pandemiyaya lazımi səviyyədə hazırlıq görməməkdə ittiham edir.
Fransa
Fransa mətbuatında yer alan xəbərə görə, bir çox həmkarlar ittifaqının çağırışı ilə paytaxt Parisdəki Şarl de Qoll Hava Limanı personalının tətil etməsi səbəbilə saat 07.00-14.00 arasında uçuşların dörddə biri həyata keçirilə bilməyib. Tətil edən işçilər inflyasiyaya qarşı əmək haqlarının 300 avro artırılmasını istəyirlər.
Fransa Mülki Aviasiya Baş İdarəsi (DGAC) hava yolları şirkətlərindən saat 07:00-14:00 arası uçuşların sayını azaltmağı tələb edib.
Belçika
Belçikanın Brussels Airlines hava yolları şirkəti həmkarlar ittifaqlarının tətillə hədələməsindən sonra yay dövründə uçuşların sayını azaltmaq qərarına gəlib.
Həmkarlar ittifaqları, xüsusilə bayram günlərində uçuş heyətinin istirahət müddətləri, iş saatları, iş yükü və maaşlarla bağlı problemlər səbəbindən tətil edə biləcəkləri barədə xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra Brussels Airlines yay mövsümündə işçilərin iş yükünü yüngülləşdirmək üçün Avropa üzrə 148 uçuşu ləğv etdiyini açıqlayıb. Ləğv edilmiş uçuşlar gündə bir neçə uçuş və ya alternativ uçuşlar olan istiqamətlərdən seçilib. Şirkət ləğv qərarının kadr çatışmazlığı ilə bağlı olmadığını, sərnişinlərin 1%-dən az hissəsinin bu vəziyyətdən təsirləndiyini və sözügedən reyslərdə bileti olanlarla əlaqə saxlandığını açıqlayıb.
Brussels Airlines şirkətinin pilotları da iyunun sonunda üç günlük tətil edə biləcəkləri barədə xəbərdarlıq ediblər. COVID-19 pandemiyası zamanı maaşları azaldılan pilotlar iş şəraitinin və maaşlarının yaxşılaşdırılmasını istəyirlər.
Brüssel Hava Yolları və işçiləri arasında iş şəraiti və əmək haqqı ilə bağlı danışıqlar davam edir. Danışıqlarda konsensus əldə olunmasa, uçuşların ən sıx olacağı yay dövründə tətillərin tez-tez baş verəcəyi gözlənilir.
Hollandiya
Amsterdam Schiphol Hava Limanı rəsmiləri aprel ayından bəri davam edən intensivliyə həll yolu tapmaqda çətinlik çəkir. Aprelin 23-ü səhər Royal Dutch Airlines KLM-nin yerdə xidmət işçiləri tərəfindən başlayan tətil başa çatsa da, KLM keçən həftə Pentikost bayramında uçuşların intensivliyi səbəbindən gündəlik 50-yə yaxın uçuşu ləğv edildi. Davam edən sıxlığı azaltmaq üçün 4 saatdan çox uçuşu olan sərnişinlər hava limanının xaricində gözlədilirlər. KLM-nin həftənin əvvəlindəneyibarən planlı uçuşlara qayıtdığını elan etməsinə baxmayaraq, hava limanında təhlükəsizlik növbələri və gecikmələr davam edir.