Fast Track sərnişinlərin hava limanında bütün rəsmiyyətləri minimum vaxtla və maksimum
rahatlıqla, təhlükəsizlik yoxlamasından uzun növbələrdə dayanmadan keçməyini təmin edən xidmət növüdür. Bu da sərnişinlərə uçuşdan əvvəl uçuş salonunda daha çox vaxt keçirmək imkanı yaradır. Dünyanın bir çox hava limanında bu xidmət təklif olunur. Bu xidmətdən əsasən biznes və ya first klass sərnişinlər, tez-tez uçan sərnişinlər (frequent flyer) kart sahibləri istifadə edirlər. Məsələn, xidmət istifadəçiləri Londondakı Hitrou hava limanının qapısından daxil olduqdan sonra 8 dəqiqə ərzində bilet və təhlükəsizlik yoxlamasından keçə bilirlər. Halbuki yoxlama prosedurları üçün sərnişinlər adətən 60-70 dəqiqə sərf etməli olurlar.
Fast line xidməti – təyyarəyə çatdırılmada üstünlük daxil olmaqla genişləndirilmiş FAST TRACK xidmətidir. Xidmət xüsusi qeydiyyat masasında göstərilir.
Banker.az Azərbaycan banklarının təklif etdiyi hansı plastik kartlarda Fast track/Fast line xidmətlərinin olduğunu araşdırıb təqdim edir (araşdırmada həmçinin xidmətdən istifadə qaydaları ilə də tanış ola bilərsiniz):
ABB Bank
TamKart VISA Platinium – çox funksiyalı taksit kartı sahiblərinə Fast Line xidməti üzrə illik 2 pulsuz keçid, İstanbul hava limanında Fast Track xidmətindən ildə 2 dəfə yararlanmaq imkanı yaradır. Bu kartın qiyməti 100 AZN, müddəti 5 ildir.
TamKart VISA Premium – çox funksiyalı taksit kartının sahibləri üçün Fast Line xidməti üzrə limitsiz pulsuz keçid, İstanbul hava limanında Fast Track xidmətindən ildə məhdudiyyətsiz yararlanmaq imkanı var. Kartın qiyməti 300 AZN, müddəti 5 ildir.
ABB Miles VISA Premium Kredit kartı – Salam Gold (Fast Line) xidməti üzrə 10 pulsuz keçid iman yaradan bu kartın qiyməti 150 AZN, müddəti 3 ildir.
VISA Infinite PayWave – İstanbul hava limanında Fast Track xidmətindən il ərzində məhdudiyyətsiz yararlanmaq imkanı yaradır. 1 illik kartın qiyməti 200 AZN, 2 illik kartın qiymti 300 AZN, 3 illik kartın qiyməti isə 400 AZN təşkil edir.
AccessBank
myCard Standart – Fast Track xidmətini almaq üçün Konsyerj xidmətinə qoşulmaq lazmdır. Bunun üçün 10 AZN ödəniş tələb olunur. Kartın qiyməti 15 AZN-dir.
myCard Premium – bu kart vasitəsilə Fast Track xidmətindən yararlanmaq üçün əlavə ödəniş tələb olunmur. Kartın qiyməti 50 AZN-dir.
myCard Lux – kart vasitəsilə Fast Track xidmətindən yararlanmaq üçün əlavə ödəniş tələb olunmur. Kartın qiyməti 150 AZN-dir.
Bank BTB
VISA Infinite – Fast Line Premium xidmətindən limitsiz istifadə imkanı yaradan kartın qiyməti 1 illik 120 AZN, 2 illik 240 AZN, 3 illik isə 360 AZN təşkil edir.
Bank of Baku
Visa Infinite – kart sahibləri konsyerj xidməti vasitəsilə Heydər Əliyev adına Beynelxalq hava limanından əlavə aşağıda qeyd olunan hava limanlarında Fast Track xidmətindən limitsiz istifadə edə bilərlər:
– İstanbul (IST);
– Larnaka, Kipr Respublikası (LCA);
– Milan- Malpensa, İtaliya (MXP);
– Barselona, İspaniya (BCN).
Kartın qiyməti müddətindən aslı olaraq 100, 300, 400 AZN təşkil edir.
Bolkart Diamond – konsyerj xidməti vasitəsilə bu kartın sahibləri Heydər Əliyev adına Beynelxalq hava limanından əlavə aşağıda qeyd olunan hava limanlarında Fast Track xidmətindən limitsiz istifadə edə bilərlər:
– İstanbul (IST);
– Larnaka, Kipr Respublikası (LCA);
– Milan- Malpensa, İtaliya (MXP);
– Barselona, İspaniya (BCN).
Kartın müddəti 24 ay, qiyməti 150 AZN təşkil edir.
Visa Platinum İşkart – Heydər Əliyev adına Beynelxalq hava limanından əlavə aşağıda qeyd olunan hava limanlarında Fast Track xidmətindən 2 dəfə istifadə edə bilərlər:
– İstanbul (IST);
– Larnaka, Kipr Respublikası (LCA);
– Milan- Malpensa, İtaliya (MXP);
– Barselona, İspaniya (BCN).
Qeyd edək ki, xidmətdən yararlanmaq istəyən müştərilər
– “Visa Concierge” chatbot-u vasitəsi ilə Visa Travel menusuna daxil olaraq, “Fast Track İnternational” seçimi etməli,
– Daha sonra isə müvafiq hava limanını seçərək, lazımi məlumatları daxil etməli,
– “Fast Track” xidmətindən istifadə üçün nəzərdə tutulmuş QR kodlu PDF faylı yükləməlidirlər.
“Fast Track” xidmətdən istifadə etmək üçün mütləq şəkildə QR kod təqdim edilməlidir və QR kodun istifadə müddəti 24 saatdır.
Bir daha qeyd edək ki, “Fast Track” xidməti üzrə mövcud üstünlüklər aşağıdakılardır:
– sürətləndirilmiş reys qeydiyyatı proseduru;
– sürətli baqaj təhvili və aviasiya təhlükəsizliyinin keçilməsi;
– gediş və gəliş zamanı pasport yoxlanmasından növbədən kənar keçmə.
1 illik kartın qiyməti 40 AZN, 2 illik kartın qiyməti isə 60 AZN təşkil edir.
Bank Respublika
Visa Infinite – 1 illik kartın qiyməti 100 AZN, 2 illik kartın qiyməti 200 AZN, 3 illik kartın qiyməti 300 AZN təşkil edir (ilkin mədaxil olmadan).
Visa Platinum – 1 illik kartın qiyməti 20 AZN, 2 illik kartın qiyməti 30 AZN, 3 illik kartın qiyməti 40 AZN, 5 illik kartın qiyməti 60 AZN təşkil edir (ilkin mədaxil olmadan).
Visa Mover Platinum – 1 illik kartın qiyməti 25 AZN, 2 illik kartın qiyməti 40 AZN, 3 illik kartın qiyməti 50 AZN təşkil edir.
Visa Business Platinum – kartın qiyməti 50 AZN, müddəti 3 ildir.
Expressbank
VISA Platinium – Fast line xidmətindən istifadə etmək imkanı yaradan bu kartın qiyməti 50 AZN (ilkin 1 000 AZN mədaxil ilə ödənişsiz), müddəti 4 ildir.
Günay Bank
Mastercard Black Edition – bu kart VIP müştərilər sayılan və Bank tərəfindən xüsusi imtiyazlara malik olan şəxslər üçün nəzərdə tutulur. Kart sahiblərinin Fast Line xidmətindən limitsiz istifadə etmək imkanı var. 1 illik kartın qiyməti 300 AZN, 2 illik kartın qiyməti 500 AZN, 3 illik kartın qiyməti 700 AZN təşkil edir.
VISA Infiniti – bu kart da VIP müştərilər sayılan və Bank tərəfindən xüsusi imtiyazlara malik olan şəxslər üçün nəzərdə tutulur. Fast Line xidmətindən limitsiz istifadə etmək imkanı var. 1 illik kartın qiyməti 250 AZN, 2 illik kartın qiyməti 400 AZN, 3 illik kartın qiyməti 600 AZN təşkil edir.
Kapital Bank
VISA Platinium – Fast Line Premium xidmətindən istifadə imkanı yaradan kartın qiyməti 80 AZN, müddəti 3 ildir.
VISA Infinite – Fast Line Premium xidmətindən istifadə imkanı yaradan kartın qiyməti 600 AZN, müddəti 3 ildir.
PAŞA Bank
Miles&Smiles Platinum – kart sahibləri aşağıda qeyd olunan hava limanlarında ildə 2 dəfə Fast Track Xidmətindən istifadə edərək təhlükəsizlik və pasport nəzarətindən prioritet qaydada keçid imkanına sahib olurlar:
• İstanbul (IST);
• Larnaka, Kipr Respublikası (LCA);
• Milan-Malpensa, İtaliya (MXP);
• Barselona, İspaniya (BCN);
• Heydər Əliyev adına Beynəlxalq Hava Limanı (GYD).
“Fast track” zamanı istifadə edəcəyiniz QR kod olan PDF faylını əldə etmək üçün:
1. “Visa” konsyerj çatbotuna daxil olursunuz;
2. “Visa Travel” menyusunu seçirsiniz;
3. “Fast track in Istanbul” və ya “Fast track in Haydar Aliyev International Airport” seçimini edib QR kodu əldə edirsiniz.
Premium Bank
Visa Platinum Miles – Kart sahibləri ildə 2 dəfə həm özləri, həm də eyni reyslə onlarla birgə səfər edən uşaqları (2 yaşına qədər) üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Visa Fast Line” xidmətindən istifadə imkanı əldə edirlər. 2 illik kartın müddəti 160 AZN, 3 illik kartın müddəti 200 AZN təşkil edir.
Visa Signature Miles – Kart sahibləri ildə 10 dəfə həm özləri, həm də eyni reyslə onlarla birgə səfər edən uşaqları (2 yaşına qədər) üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Visa Fast Line” xidmətindən istifadə imkanı əldə edirlər. 2 illik kartın müddəti 280 AZN, 3 illik kartın müddəti 320 AZN-dir.
Hər iki kart sahibləri üçün aşağıdakı üstünlüklər mövcuddur:
- Reys üzrə sürətli qeydiyyat proseduru;
- Baqajın sürətlə təhvil verilməsi və aviasiya təhlükəsizliyi yoxlamasından sürətlə keçmə;
- Uçuş və gəliş zamanı pasport nəzarətindən növbəsiz keçmə.
Xidmətlər aşağıdakı bölmələrdən ibarətdir:
Uçuş – “Salam Gold” servisinin bu xidmətində “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” texnologiyası üzrə sürətli qeydiyyat prosesi və baqajın sürətlə təhvil verilməsi nəzərdə tutulur.
Gəliş – “Salam Gold” servisinin bu xidmətində gəliş zamanı “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” texnologiyası üzrə sürətli qeydiyyat prosesi nəzərdə tutulur.
“FastLine”/Uçuş xidmətindən necə yararlanmaq olar?
- Bonus kartının sahibi 1 və ya 2 saylı terminalda “Salam Service” masasına yaxınlaşır və “Salam Gold” xidməti üçün ərizə təqdim edir. Ərizəni əvvəlcədən *1888 (Azərbaycan üçün qaynar xətt), +994 12 497 27 72, +994 12 497 27 92, +994 50 446 27 72, +994 55 446 27 72 telefon nömrələrinə zəng etməklə və ya [email protected] e-poçt ünvanına məktub göndərməklə təqdim etməyinizi tövsiyə edirik.
- Ərizəni qəbul etdikdən sonra hava limanının əməkdaşları sərnişinə hansı girişdən istifadə etməli olması barədə məlumat verirlər.
- Hava limanının əməkdaşı sərnişini terminalın müvafiq girişinin qarşısında xüsusi lövhəcik ilə qarşılayır.
- Hava limanının əməkdaşı və sərnişin ödəniş kartının yoxlanılması üçün “Salam Service” masasına yaxınlaşır.
- Ödəniş kartı yoxlamadan uğurla keçəndən sonra sərnişinə portye xidməti təklif olunur.
- Hava limanının əməkdaşı sərnişini qeydiyyat masasına qədər yola salır və onu növbəsiz qeydiyyatdan keçirir. Lazım olduqda, gömrük bəyannaməsinin doldurulmasına kömək göstərilə bilər. Daxili prosedurlardan sonra sərnişini ümumi gözləmə zalına ötürürlər. Miniyin başlanması elan edildikdən sonra hava limanının əməkdaşı sərnişini təyyarəyə minik üçün müvafiq çıxışa qədər yola salır.
“FastLine”/Gəliş xidmətindən necə istifadə etmək olar?
- Bonus kartının sahibi gəlişdən ən azı 3 saat əvvəl bu xidmətdən istifadə üçün ərizə təqdim etməlidir.
- Ərizəni *1888 (Azərbaycan üçün qaynar xətt), +994 12 497 27 72, +994 12 497 27 92, +994 50 446 27 72, +994 55 446 27 72 telefon nömrələrinə zəng etməklə və ya [email protected] e-poçt ünvanına məktub göndərməklə təqdim etmək mümkündür.
- Hava limanının əməkdaşı sərnişini 1 saylı terminal zonasında ad və soyadın yazıldığı xüsusi lövhəcik ilə qarşılayır.
- Görüşdən sonra hava limanının əməkdaşı sərnişindən onun pasportunu tələb edir. Pasport məlumatlarının ərizədə qeyd edilən məlumatlar ilə uyğunluğuna əmin olduqdan sonra əməkdaş sərnişini sərhəd zonasının qarşısındakı xüsusi masaya yola salır.
- Əgər ödəniş kartı yoxlamadan uğurla keçərsə, sərnişin agentin müşayiəti ilə xüsusi masalarda (pasport və sərhəd nəzarəti) uçuş sonrası rəsmi prosedurlardan növbəsiz keçir.
Rabitəbank
VISA Infinite Kartmane – bu kartın sahibləri limitsiz Fast Line xidmətindən istifadə edə bilərlər. Kartın hazırlanması üzrə xidmət haqqı 299 AZN/170 USD/EUR və ya aylıq 29 AZN, 15 USD/EUR təşkil edir. Kart hesabına 15 000 AZN/USD/EUR minimal mədaxil etdikdə kart pulsuz verilir. Kartın müddəti 60 aydır.
VISA Infinite Premium kartları (debet və kredit) – VİSA şirkəti 60 ay müddəti olan Premium kart müştəriləri üçün Fast Track xidmətini təqdim edir.
“Rabitəbank”ın Visa İnfinite kart müştəriləri aşağıda qeyd edilən hava limanlarında fast track xidmətindən yararlana bilərlər.
⇒ Bakı (GYD)
⇒ Minsk (MSQ)
⇒ Almata (ALA)
⇒ Boryspol (KBP)
⇒ İstanbul (IST);
⇒ Larnaka, Kipr Respublikası (LCA);
⇒ Milan-Malpensa, İtaliya (MXP);
⇒ Barselona, İspaniya (BCN).
Qırmızı rəng ilə qeyd edilən şəhərlərdə xidmətdən istifadə etmək üçün: müştərilər Visa Konsyerj çat botunu açır → Visa Travel menyusuna keçib → Fast Track İnternational düyməsinə toxunur. Daha sonra hava limanını seçir, lazımі məlumatları doldurur və Fast Track xidməti üçün tələb olunan QR kodlu pdf faylı yükləyir.
Qara rəng ilə qeyd edilən şəhərlərdə xidmətdən istifadə etmək üçün: müştərilər Visa Konserj çat botuna xidmətdən istifadə etmək istədiklərini yazır və onlar üçün xüsusi nümayəndə təyin olunur. Nümayəndə müştərini hava limanında qarşlayır və xidmətdən istifadəsi üçün köməklik göstərir.
Unibank
VISA Infinite – Türkiyəyə səfər edərkən yeni İstanbul Hava limanında “Fast Track” xidmətindən pulsuz istifadə edərək prosedurları daha sürətli keçmək mümkündür. 2 illik kartın qiyməti 450 AZN, 3 illik kartın qiyməti isə 600 AZN təşkil edir.
Xalq Bank
VISA Platinium – Bankın ən imtiyazlı müştəriləri üçün buraxılan bu kart vasitəsilə Avropa və Türkiyə hava limanlarında Fast Track International xidmətindən yararlanmaq mümkündür. Kartın illik qiyməti 60 AZN təşkil edir (bu qiymət debet kart üçün keçərlidir, kredit kart pulsuzdur). Xidmətdən aşağıdakı hava limanlarında istifadə edə bilərsiniz:
● İstanbul (IST);
● Larnaka, Kipr Respublikası (LCA);
● Milan-Malpensa, İtaliya (MXP);
● Barselona, İspaniya (BCN).
Servisdən istifadə etmək üçün Visa Konsyerj çat botunu açın, Visa Travel menyusuna keçib Fast Track İnternational düyməsinə toxunun. Daha sonra hava limanını seçin,lazımі məlumatları doldurun və Fast Track xidməti üçün tələb olunan QR kodlu PDF-faylı yükləyin.
VISA Infinite – kart sahibinə Visa International ödəniş sisteminin bütün imkan və imtiyazlarını təqdim edən yüksək statuslu ödəniş alətidir. Bu kartlar kart sahibinin yüksək statusa malik olmasından xəbər verir. Visa Infinite kartı sahibləri dünyanın bütün ölkələrində təklif olunan eksklüziv xidmət və üstünlüklərdən yararlana bilərlər. Kart sahibləri Fast Track International xidmətindən istifadə etməklə hava limanında qeydiyyat prosesini vaxt və puluna qənaət edərək keçə biləcəklər. Xidmət aşağıdakı hava limanlarında keçərlidir:
- Bakı (GYD)
- Minsk, Belarus (MSQ)
- Kiev, Ukrayna (KBP)
Bu şəhərlərdə xidmətdən istifadə etmək üçün: müştərilər Visa Konserj çat botuna xidmətdən istifadə etmək istədiklərini yazır və onlar üçün xüsusi nümayəndə təyin olunur. Nümayəndə müştərini hava limanında qarşlayır və xidmətdən istifadəsi üçün köməklik göstərir.
- İstanbul (IST);
- Larnaka, Kipr Respublikası (LCA);
- Milan-Malpensa, İtaliya (MXP);
- Barselona, İspaniya (BCN).
Servisdən istifadə etmək üçün Visa Konsyerj çat botunu açın, Visa Travel menyusuna keçib Fast Track International düyməsinə toxunun. Daha sonra hava limanını seçin, lazımі məlumatları doldurun və Fast Track xidməti üçün tələb olunan QR kodlu PDF-faylı yükləyin.
Hava limanında qeydiyyat prosesini Visa Platinum və Visa İnfinite ilə keçərək vaxtınıza və pulunuza qənaət edin. Xidmətdən aşağıdakı hava limanlarında istifadə edə bilərsiniz:
● İstanbul (IST);
● Larnaka, Kipr Respublikası (LCA);
● Milan-Malpensa, İtaliya (MXP);
● Barselona, İspaniya (BCN).
Servisdən istifadə etmək üçün Visa Konsyerj çat botunu açın, Visa Travel menyusuna keçib Fast Track İnternational düyməsinə toxunun. Daha sonra hava limanını seçin,lazımі məlumatları doldurun və Fast Track xidməti üçün tələb olunan QR kodlu PDF-faylı yükləyin.
Yelo Bank
Yelo VISA Premium – Yelo Premium Visa kartları ilə yeni İstanbul Hava limanında prosedurları daha sürətli keçmək mümkündür. Kartın müddəti 3 il, qiyməti 70 AZN-dir. Fast Track xidmətindən pulsuz istifadə etmək üçün ardıcıllıq belədir:
- Visa Concierge Çat botuna daxil ol,
- Visa Travel menyusunu seç,
- “Fast Track in Istanbul” düyməsinə sıx,
- 1 günlük QR-kod əldə et * (əldə edilən QR-kod 1 (bir) gün ərzində keçərlidir, digər müddətə ötürülmür, pul və ya digər kompensasiya ilə əvəzlənmir).