18 C
Baku
Cümə, Oktyabr 22, 2021

Hava nəqliyyatı vasitələrinin sığortası üçün edilən ödənişlər azalıb – 4 mln manat

faizlere

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən hava nəqliyyatı vasitələrinin sığortası üzrə 15 milyon 703 min manata yaxın sığorta haqqı toplanıb, 1 milyon 647 min  manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə hava nəqliyyat vasitələrinin sığortası üzrə toplanan haqlar 5 milyon 86 min çox, ödənişlər isə 4 milyon 48 min azdır.

Həmçinin qeyd edək ki, yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə 110 milyon 736 min manat məbləğində sığorta haqqı toplanıb, 26 milyon 108 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər