7 C
Baku
Thursday, February 29, 2024

Hava nəqliyyatında çalışanların orta aylıq əməkhaqqı 1 746 manata yüksəlib

Azərbaycanda hava nəqliyyatında çalışan şəxslərin sayı və onların orta aylıq əməkhaqqı açıqlanıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 oktyabr 2023-cü il tarixinə 12 599 işçi sektorda çalışıb və bunun da 2022-ci ilin eyni dövründə 12 202 nəfər olduğunu nəzərə alsaq 3.3 faiz artımdır.

Hava nəqliyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı son bir ildə 10 faiz artaraq 1 587.6 manatdan 1 746.4 manata yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər