Azərbaycanın hava nəqliyyatının səmərəlilik indeksi 79,3-ə bərabər olub ki, bu göstəriciyə görə Azərbaycan siyahıda 141 ölkə arasında 12-ci yerdə qərarlaşıb.
Bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik Hesabatı”nda deyilir.
Hesabata görə, Azərbaycan sözügedən göstərici üzrə İsveç (78,6), Norveç (75,9), Fransa (74,9), Almaniya (74,5), İngiltərə (72,2), Avstriya (70,7) və bu kimi inkişaf etmiş ölkələri qabaqlayıb.
Sinqapurun nəqliyyatının səmərəlilik indeksi 95,5-ə bərabər olub ki, bu da siyahıda ən yüksək göstəricidir. Ən aşağı indeks göstəricisi isə Lesotoda olub – 6,0.
Qeyd edək ki, səmərəlilik indeksi hava nəqliyyatının xidmətlərinin tezliyini, dəqiqliyini, sürətini və qiymətini qiymətləndirir.
©APA-Economics