4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı son vəziyyət açıqlandı

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında bu gün saat 17:00-a olan vəziyyəti açıqlayıb.

Agentlikdən verilən məlumata görə, yollardakı vəziyyət aşağıdakı kimidir.

1 “ZƏFƏR” yolu – Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

2 Toğanalı-Kəlbəcər-İstisu – Yağıntı yoxdur, şaxta 5-10 dərəcə təşkil edir. Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

3 Bakı – Quba – Siyəzən və Şabran rayonları ərazisində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 1-2 şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

 

4 Giləzi – Xızı – Xızı rayonu ərazisində yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5 Bakı – Qobustan – Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Yolda hərəkət təmin olunub.

6 Qobustan – Şamaxı – Muğanlı – Yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Hazırda kənd yollarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Yolda hərəkət təmin olunub.

7 Muğanlı – Ağsu – Yevlax – Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

8 Muğanlı – İsmayıllı – Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

9 İsmayıllı – Qəbələ – Oğuz- Şəki – Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

10 Şəki – Qax – Zaqatala – Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

11 Yevlax – Şəki (Göybulaq) – Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

12 Şəmkir – Gədəbəy – Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

13 Gəncə – Daşkəsən – Xoşbulaq – Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

14 Ələt – Astara – Marşrut boyu yağıntı yoxdur, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15 Masallı – Yardımlı – Yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Hazırda kənd yollarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda hərəkət təmin olunub.

16 Lənkəran – Lerik – Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində yağıntı yoxdur. 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17 Ələt – Hacıqabul – Ucar – Yevlax – Gəncə – Qazax – Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

18 Hacıqabul – Bəhramtəpə – Horadiz – Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

 

Son xəbərlər
Oxşar xəbərlər