1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Hava şəraiti ilə bağlı əhaliyə növbəti xəbərdarlıq edilib

Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, bəzi yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Arabir güclənən şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Havanın temperaturu yanvarın 17-də günün birinci yarısında 1-3° isti, axşama doğru 0-1° şaxta olacaq.

Azərbaycanın rayonlarında yanvarın 16-sı axşamdan 17-si axşamadək əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə arabir güclənən şimal-qərb küləyi ilə cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda buz bağlayacağı ehtimalı var.

 

 

Oxşar xəbərlər

Diaqnostik qiymətləndirilmədən keçən peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb

“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və...

“Gürcüstan Hava Yolları” satışa çıxarılıb

Gürcüstanın ən iri aviaşirkəti – “Gürcüstan Hava Yolları” satışa çıxarılıb. Bu barədə aviadaşıyıcının keçmiş baş direktoru, “Georgia Business Brokerage” broker şirkətinin rəhbəri Roman Bokeriya bildirib. O,...

Qırğızıstan gömrük xidmətinin rəisi saxlanılıb

Qırğızıstan gömrük xidmətinin rəisi saxlanılıb. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Gömrük xidmətinin rəisi Ədilət Kubanıçbekov korrupsiyada ittiham olunur.