7 C
Baku
Sunday, December 29, 2024

Havay adalarında məcburi evakuasiya elan edilib

Havay adalarının Maui dairəsinin səlahiyyətliləri Kaupakalua dambasının uçmaq təhlükəsi ilə üzləşməsi səbəbindən əhalinin məcburi təxliyə edilməli olduğunu elan edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə yerli fövqəladə hallar idarəsi məlumat verib.

Məlumata görə, dambanın uçmaq təhlükəsi ilə üz-üzə qalması Hayku və Pauvela bölgələrində həyati təhlükəli daşqına və ciddi maddi ziyana səbəb ola bilər. Səlahiyyətlilər hər cür ssenarini nəzərə alıb, Hayku rayonundakı magistral yolu da hərəkətə bağlayıb.

Qeyd olunur ki, güclü yağışlar səbəbindən suyun səviyyəsi dambanın üst səviyyəsinə çatıb. Səlahiyyətli şəxslər evakuasiya olunanları yerləşdirmək üçün sığınacaqlar açmağa başlayıblar.

Son xəbərlər
Digər xəbərlər