Bu gün biz sizə fransız rəssamı Benedetto Bufalino-nun çarx üzərində olan evindən danışacağıq. Bu ev ilə nəinki səyahət etmək olar, həmçinin ətrafa göz gəzdirmək də mümkündür.
Furqon onu 10 metr hündürlüyə qaldıran mexanizm ilə təchiz olunub. Bunun sayəsində ev sahibi ətrafdakı gözəl mənzərəni seyr edə bilir və həmçinin bədxahlardan qoruna bilir.
Fransız rəssamı Benedetto Bufalino özünə məxsus yumoristik üslubda evi havaya qaldırmaq qərarına gəlir. Gecə səyahətləri zamanı, ev dayandıqda sanki «uçan evi» çevrilir.
Ağacların və yaxud şəhər tikililərin üstündə peyda olaraq ev yuxarı qalır və gecə vaxtı qonşu kəndlərin sakinlərini təəccübləndirir.
Sakinlərin təəccübünü və qorxusunu təsəvvür etmək çox asandır.
Təsəvvür edin ki, gecə vaxtı binaların üzərindən haradansa peyda olan uçan ev görürsünüz.
Qeyd edək ki, bu Benedetto Bufalinonun yeganə yumoristik və qeyri-adi icadı deyil. Bir dəfə o, ictimaiyyətə telefon köşkündə yerləşdirdiyi akvarium təqdim etmişdi.