Bu ilin yanvar-may aylarında Azərbaycanda 0.7 milyon ədəd tibbi maska istehsal edilib.
Banker.az Dövlət Statistika Komitəsinin rəsmi statistik göstəricilərinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tibbi maska istehsalı 15.8 milyon ədəd və ya 23.5 dəfə azalıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 16.5 milyon ədəd təşkil edib.
01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5.6 milyon ədəd olub.