Hazırda Azərbaycanda 200 mindən artıq Kiçik və Orta Sahibkarlıq (KOS) subyelti fəaliyyət göstərir ki, onların 70%-i ticarət, xidmət və nəqliyyat sektorunun payına düşür.
Bunu “Daşınar əmlakın yüklülüyü islahatı” tədbirində çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib. Z. Nuriyevin sözlərinə görə, hazırda Azərbaycandakı kos-ların əksəriyyəti girov kimi daşınmaz əmlaakdan istifadə edir:
“Hazırda Azərbaycanda olan KOS-ların mövcud aktivlərinin çox az hissəsi, təxminən 22%-i daşınmaz əmlakdan ibarətdir. Kreditorlar isə girov qismində daşınmaz əmlak tələb edir. Bu gün banklar və digər maliyyə institutuları tərəfindən qəbul edilmiş girovların 70%-dən çoxu daşınmaz əmlakdır”.
BBN







