Dünya birjaları Rusiyanın Ukrayna üzərində hərbi əməliyyatlara başlaması birjaları əməlli silkələməyə başladı.
Bu xəbərlər ilə enerji təchizatı zəncirində ola biləcək mümkün risklər neftin barelini 100 dolların üzərinə qaldırdı. Brent markalı xam neftin bir barreli ICE birjasında 103.17 dollar olmaqla sessiya ərzində 6.54% bahalaşdı. Bu da 2014-cü ilin sentyabrından bu tərəfə maksimum göstəricidir.
Rusiya və Ukrayna müharibəsi – CANLI🔴
USD/RUB məzənnəsi 87.00 üzərində ticarət olunur. Rubl bu məzənnə ilə tarixi minimuma düşür.
Risksiz aktiv sayılan qızıl da bahalaşaraq COMEX-də hər unsiyası 1950 dollara qədər bahalaşdı. Bu da 2.1% açılışdan sonra bahalaşmadı.
Avropada təbii qazın hər kub mütrinin qiyməti 1 400 dollara qalxıb.
Rusiyada Moska və Sankt-Peterburq birjaları bağlandı. Moskva Birjası (IMOEX) indeksi 2020-ci ilin noyabrından bu tərəfə ilk dəfə olaraq 2700 bənddən aşağı düşüb.
Bu arada avro/dollar cütlüyündə isə 1.1209 səviyyəsinə qədər səhər saatlarında eniş etdi.