6 C
Baku
Sunday, December 15, 2024

ƏN SON: Hazırda hansı banklarda dollar satışı var? [siyahı]

BANKER.AZ/ 14:00/ Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda dollar satışı dayandırılıb. Banker.az hansı banklarda hal-hazırda dolların satılıb-satılmadığını araşdırdı və təqdim edirik.

Unibank-da mövcud USD satılıb. USD gözlənilir və vəsaitlə təmin olunduqdan sonra dollar satışı həyata keçiriləcək.

Accessbankda hazırda mübadilə əməliyyatları dayandırılıb.

AFB bankda dollar satışı var.

Bank Respublikada da dollar satışı həyata keçirilir. 20000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir. Bildirmək istərdik ki, mübadilə əməliyyatı 500USD dən çox olarsa, şəxsiyyət vəsiqəsinin təqdim olunması xahiş olunacaq.

Yapı Kredi Bankda həmçinin hazırda dollar satışı mümkündür.

Amrahbankda da dollar satışı keçirilir, kassanın imkanları daxilində müraciət edən müştərilər valyuta ilə təmin edilir.

Premium Bank – Yalnız 200 USD mövcüddur. 

Azər Türk Bankda hal hazırda satış dayandırılıb.

Kapital Bankda Hal-hazırda satış keçirilir, maksimal alış məbləği 20000 AZN təşkil edir.

Bank of Baku – Bankdan USD valyutada vəsait əldə etmək mümkündür.

Xalq Bank – dollar satışı həyata keçirilir.

Ziraat Bank – hal hazırda 500 USD yə qədər sadəcə şəxsiyyət vəsiqəsi ilə, yüksək məbləğlərdə isə əlavə forma doldurularaq satış həyata keçirilməkdədir.

Bank VTB Azərbaycan -da dollar satışı mümkündür.

Muğanbank – dollar satışı həyata keçirilir.

Yelo Bank – da dollar satışı mümkündür, bunun üçün uyğun filiala yaxınlaşmaq lazımdır.

Azərbaycan Beynəlxalq Bank – hal-hazırda ABB-da USD mübadiləsi aparılır. Bir əməliyyat günü ərzində bir müştəri (fiziki şəxs) üzrə nağd və nağdsız xarici valyutanın satışı üzrə limit 11 500 USD təşkil edir.

Günaybank – Bankda dollar satışı dayandırılmayıb, sadəcə olaraq müştərinin dollar alışı üçün istədiyi qədər vəsaitin müraciət etdiyi filial və şöbələrdə olub-olmamasından asılıdır.

Pasha Bank – dollar satışı həyata keçirilir.

NBC Bank – Mərkəzi Banka vəsait verilməsi üçün müraciət olunub, təmin edildikdən sonra dolların satışı olacaq.

AG Bank -da dollar satılır, sadəcə hal hazırda çox filialda limit bitib. Sumqayıt filial 200 USD, Nəsimi filial 100 USD, VİP filial 200 USD limit var. Hal-hazırda maksimal məbləğlər bunlar təyin olunub.

Bank BTB – bankda hazırda dollar satışı mümkündür.

Bank Avrasiya – bankda hal-hazırda dollar satışı dayandırılıb.

Rabitəbank – hal-hazırda dollar satışı mümkündür.

Expressbank – 500 USD-dək şəxsiyyət vəsiqəsi əsasında, 20 000 AZN-ə kimi isə ərizə doldurub, əldə edə bilərsiniz.

Turanbank – valyuta alqı-satqısı hazırda var.

Azərbaycan Sənaye Bank – ASB-də 500 dollara qədər şəxsiyyət vəsiqəsi ilə 500 dollardan 20.000 azn ekvivalentinədək şəxsiyyət vəsiqəsi + bankın tətbiq etdiyi blank 20.000 azn dən yuxarı isə əlavə məbləğin mənbəyini təsdiq edən sənəd tələb olunur .

Son xəbərlər
Digər xəbərlər