Head and shoulders (baş və çiyin) modeli

Baş və çiyin (head and shoulders) modeli – bu trendin dönüşün əks etdirən klassik qrafik modeldir.

Bu model ardıcıl gələn pikdən ibarətdir

  •  – orta pik ( «baş» adlanan hissə) ən hündür olandı;
  •  – sol və sağ piklər («çiyin» adlanan hissələrdir), təxminən bir-birinə bərabər olub, orta pikdən daha aşağıdırlar.

Qrafik təsvirləri belə görünür

Baş və çiyin modeli

Hər üç pik nöqtəsi isə adi dəstək səviyyəsi olan «boyun xəttinə» söykənir.

Növbəti dəfə xatırladırıq ki, texniki analizdə istənilən qrafiki model mütləq şəkildə özündə dəstək və müqavimət səviyyələrini əhatə edir.

Yeni başlayan treyderlər arasında ən çox yayılan səhvlərdən biri –qrafik model formalaşana qədər yeni orderlərin verilməsidir, bu isə öz növbəsində xoşagəlməz «maliyyə nəticələrinə» gətirib çıxarır.

Baş və çiyin qrafik modeli o zaman formalaşmış hesab olunur ki, boyun xətti (dəstək səviyyəsi) kəsilmiş olsun. Daha bir vacib məqam odur ki, – nəzərdən keçirdiyimiz qrafikin müddəti nə qədər uzun olarsa, sözü gedən modelin əhəmiyyəti bir o qədər yüksəkdir.

Gətirilən qrafikdə aydın şəkildə görünür ki, qiymətlər bəzən əvvəlcədən kəsmiş olduqları boyun xəttinə geri qayıdır və bu dəfə artıq onu daha güclü müqavimət səviyyəsi qismində sınaqdan keçirirlər. Bundan sonra isə qəti şəkildə dönüş baş verir.

Texniki analizdə trendin dönüşünü əks etdirən daha bir qrafik model mövcuddur – bu model aşağı düşən trend zamanı formalaşır və «tərsinə çevrilmiş baş və çiyin modeli» adlanır.

Tərsinə çevrilmiş baş və çiyin modeli


Bu model üç ardıcıl çökən nöqtəsindən ibarətdir:

  •  – orta çökək («baş» adlanan hissə) ən aşağıda olan;
  •  – sol və sağ çökəklər (çiyinlər adlanan hissə) təqribən bir-birinə bərabərdir, orta çökəkdən bir az yuxarıdırlar.

Bu modelin özəllikləri

Əgər aşağı enən trendən tərsinə çevrilmiş “baş və çiyin” modeli yaranarsa və sağ çiyin sol çiyindən yüksək olarsa bu modelin böyük əhəmiyyəti ola bilər.

Əgər yüksələn trenddə “baş və çiyin” modeli əlavə gələrsə və sağ çiyin sol çiyindən aşağı olarsa, onda bu modelində böyük əhəmiyyəti vardır.

Bu modelin çatışmayan tərəfləri

– Uzun müddət ərzində formalaşır
– Model formalaşdıqdan sonra əhəmiyyətli qiymət dəyişikləri artıq başa çatmış olur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.