13 C
Baku
Sunday, September 29, 2024

Heç bir zaman təslim olmayın

1955-ci ildə Harland Sanders 65 yaşında təqaüdə çıxarkən o, başa düşürdü ki, yalnız 105 dollaqlıq mütəvazi təqaüd, köhnə bir avtomobil və toyuq bişirməyin xüsusi bir resepti ilə kifayətlənməli olacaq. Sanders öz təqaüdü ilə yaşaya bilməyəcəyini bilirdi və buna görə o, avtomobilinin sükanının arxasına keçir və öz reseptini restoranlara təklif etməyə başlayır. Harland düşünürdü ki, əgər onun toyuq reseptini alsalar, o, hər satılmış toyuqdan 5% gəlir əldə edəcək.

Getdiyi ilk restoran sahibi Sandersin təklifini qəbul etmir. Həmçinin ikinci restoranda, üçüncü də, yüzüncüdə və mininci də. İlk 1008 müraciətlər və zənglər uğursuz olurlar. Buna baxmayaraq, Sanders bütün ökənin restoranlarını ziyarət etməyə davam edir. O, hətta öz avtomobilində gecələyirdi.

Sanders öz reseptinin uğur qazanacağına inanırdı və buna görə onu satmağa cəht göstərirdi. Təslim olmurdu. 1009-cu cəhd uğurlu alınır, harlanda müsbət cavab verirlər. İki il ərzində hər gün davam edən cəhtlərdən sonra harland beş restoranla müqavilə bağlamağa nail olur. 1963-ci ildə onun resepti ilə artıq 600 restoran toyuq satırdılar. Reseptin özü isə Kentucky Fried Chicken şəbəkələri ilə əlaqələndirilməyə başlayır. Bu şəbəkə hal- hazırda bütün SNQ-də Rostik’s brendi altında məşhurdur. Sandersin multimilyoner olmasına bbaxmayaraq, o, ömrünün sonuna qədər KFC-nin bazarda inkişafı ilə məşğul olmağa davam edirdi.

Son xəbərlər
Digər xəbərlər