15 C
Baku
Friday, April 26, 2024

Heç kimin ağlına gəlməyən alternativ enerji mənbələri

İqtisadiyyatın və bütövlükdə bəşəriyyətin inkişafı üçün enerji tələb olunur və buna görə enerji mənbələri dünya bazarlarında ən vacib və axtarılan xammala çevrilib. 

Bununla birlikdə, heç kimin eşitmədiyi, lakin buna baxmayaraq generasiya üçün istifadə edilə bilən enerji mənbələri var. 

Onların bəzilərinin heç praktik olmadığını və istifadəsinin iqtisadi cəhətdən mümkün olmadığını başa düşmək vacibdir. 

İnsan enerjisi

nsan enerjisi

Bir çox elmi fantastika kitablarında və filmlərdə insan bədəninin yarada biləcəyi enerjidən bəhs olunur.

İnsan bədənindən enerji almağın əsas iki yolu var. Onlardan biri kinetik cihazların istifadəsi – hərəkət ilə bağlıdır. İkinci metod isə insan bədəninin generasiya etdiyi istilik ilə əlaqəlidir. 

Kinetik cihazlar passivdirlər və insan hərəkətdə olduğu zaman elektrik generasiya edir – gəzəndə, yemək yeyəndə, nəfəs alanda və s. 

Kinetik generatorlar qol saatlarında, eşitmə aparatlarında, kardiostimulyatorlarda və bir sıra smartfonlarda istifadə olunurlar. 

Ekspertlərin fikrincə, gələcəkdə kinetik generatorların köməyi ilə mobil telefonu və ya noutbukları enerji ilə təmin etmək mümkün olacaqdır. 

İnsan bədəninin generasiya etdiyi istiliyə gəldikdə, burada biotermal cihazlardan istifadə olunur. Belə cihazlar kardiostimulyatorların enerji ilə təmin edilməsində istifadə olunurlar. Əsas üstünlüklərindən biri odur ki, burada hərəkətə ehtiyac yoxdur. 

Səs enerjisi

qulaqcıq

Əgər əvvəllər rok konsertində olmusunuzsa, orda olan çox güclü və insanı kar edə biləcək səsdən xəbərdarsınız. 

Alimlər səs enerjisini istifadə etməyin yolunu tapıblar. 

Əgər səs kolonkaları elektrikliyi səsə çevirə bilirlərsə, pyezoelektrik sensorlar bunun əksini edə bilər. 

Bu gün özü özünü enerji ilə təmin edən telefonlar var (insan mikrofona danışanda və ya qışqıranda səs enerjiyə çevrilir). 

Dünyada səs enerjisini elektrik enerjisi istehsalı üçün istifadə edən bir çox konsepsiyalar var, lakin bu konsepsiyaların əksəriyyəti hələ də geniş tətbiq olunmayıb. 

Çox güman ki, nə vaxtsa “səs fermaları” yaradılacaq, onlar bizim səs-küylü dünyadan istifadə edərək elektrik enerji generasiya edəcəklər. 

Yağış enerjisi

yağış

Bu, pyezoelektrik sensorların köməyi ilə yağış damcılarının enerjiyə çevrilməsidir. 

Təsəvvür etmək olar ki, evlərin damlarına bu cür cihazların quraşdırılması insanların yağış zamanı elektrik şəbəkəsinə ehtiyac duymamalarına gətirib çıxara bilər. 

Üstəlik, bu cür cihazları günəş panellərinə bağlasanız, bu, istənilən hava şəraitində şəbəkədən elektrik enerjisi istehlakını əhəmiyyətli dərəcədə azaldacaqdır.

Bu sahədə son araşdırmalar yağış enerjisinin gündəlik həyatda istifadə etdiyimiz kiçik cihazları enerji ilə təmin edə biləcəyini göstərib. 

Belə cihazların səmərəliliyi artarsa, yağış enerjisi daha geniş istifadə ediləcəkdir.

Sidik enerjisi

labaratoriya.jpg1

Bəli, belə qurğular da var! Royal Society of Chemistry-dən verilən məlumata görə, Bristol Robototexnika Laboratoriyasının alimləri sidikdən elektrik çıxara biləcək bir mikrobioloji yanacaq hüceyrəsi (MFC) yaradıblar. Təcrübələr zamanı 25 ml sidik üç gün ərzində 0.25mA elektrik enerji istehsal etdi.

Əlbəttə ki, belə bir üsul kompüteri enerji ilə təmin etmək üçün uyğun deyil. Bununla birlikdə, hər kəsin elektrik enerjisi istehsalı üçün sidik istifadə edə biləcəyini nəzərə alaraq bunun ən əlverişli üsullardan biri olduğunu düşünməyə dəyər.

Yol örtüyündən alınan enerji

yol

Geotermal enerji və yol səthinin istilik enerjisini birləşdirsəniz, yeni bir enerji mənbəyi əldə etmiş olacaqsınız. Şəhərdə yollar asfalt və betonla örtüldüyünə görə temperatur tez-tez çox yüksək olur. 

Bu materiallar istiliyi yaxşı keçirirlər, yol kənarında hətta qayğanaq belə edə bilərsiniz 😊

Üstəlik, insanların bu cür yolları ayaqqabı olmadan keçməsi nəticəsində yanıqların əmələ gəlməsi halları da qeydə alınıb. 

Əslində, burada enerji istehsalı konsepsiyası olduqca sadədir – yolun altında içində mayə olan bir boru sistemi yerləşdirilir. Maye qızır və enerji istehsal olunur. 

Bu enerji turbinləri hərəkətə gətirən buxarın generasiyası üçün istifadə oluna bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər