-3 C
Baku
Sunday, December 15, 2024

Heç vaxt bəxtim gətirmir!

Hər bir şeydə bəxti gətirməyən bir şəxs uğur qazanmış dostundan soruşur:

— Mənim heç bir şeydə bəxtim gətirmir. Necə düşünürsən, buna səbəb nədir?

Uğur qazanmış dost isə cavabında soruşur:

— Bəs sənin bəxtin nə də gətirmir?

— Hər bir şeydə — Məsələn, dünən işə gecikdim və müdirim məni danladı.

— Bəs nəyə görə gecikdin?

— Çünki dünən işə getdiyim zaman dəhşətli tıxac var idi və mən orada qaldım. Mən ki, bunda günahkar deyiləm!

— Aydındır, bəs başqa nədə bəxtin gətirmir?

Uğursuz düşündü və cavab verdi:

— Sonra, mən öz avtomobilimi əzdim.

— Bəs buna səbəb nə idi, necə düşünürsən?

—Çünki yol sürüşkən idi. Burada da mən günahkar deyiləm. Mənim sadəcə bəxtim gətirmir. Mən hardan bilə bilərdim ki, yollar buz bağlayacaq.

— Aydındır, bəs sonra?

— Daha sonra, mənim ailəmlə də bəxtim gətirməyib. Çünki həyat yoldaşım məni daim bezdirir.

— Bunda da sən günahkar deyilsən? — deyə uğurlu şəxs soruşdu.

— Əlbəttə ki, günahkar deyiləm! Məgər həyat yoldaşımın pis xasiyyətli olmasına görə mən günahkar olmalıyam?

— Hər şey aydındır, — deyə uğurlu şəxs əminliklə dedi.

— Sənə aydın olan nədir?

— Aydın olan odur ki, sən bütün uğursuzluqlarında yaranmış şəraiti günahlandırmağa vərdiş etmisən. Buna görə də özün dəyişməyə çalışmırsan. Və  öz səhvlərini qəbul etməyib, onları digərlərinin boynuna atdığın müddətcə uğursuz olaraq qalacaqsan.

Son xəbərlər
Digər xəbərlər