13 C
Baku
Thursday, April 18, 2024

Hedcinq əməliyyatları nədir?

Hedcinq (ing. – Hedging) maliyyə bazarlarında risklərin sığortalanmasına istiqamətlənmiş tədbirlərdir. Sadə dillə desək, hedcinq  – gələcəkdə  sərmayə risklərini minimallaşdırmaq  və yaxud ümumiyyətlə yox etmək məqsədilə hər nəyisə (məhsul, valyuta, Mərkəzi bank) müəyyən məbləğə alıb-satmaq barədə müqavilədir. Daha doğrusu, gələcəkdə müqavilənin hansı məbləğdə baş verəcəyini bilməklə hər iki tərəf özünü gözlənilməz qiymət dəyişikliyindən sığortalayır. Risklərdən sığortalanan və yaxud sığortalanan maliyyəçilər “hedger” adlandırılır.

Hedcinq əməliyyatlarının yaranma tarixçəsi:

Qədim Yaponiyada kənd təsərrüfatı icmasında həyatın demək olar ki, bütün cəhətləri havanın vəziyyətindən asılı idi. Məhsul hava şəraitindən, məhsulların dəyəri məhsuldan, xüsusən də düyünün qiymətindən asılı idi. Düyü əkinçiliyi ilə məşğul olan fermerlər gələcəkdə məhsul qiymətlərinin sabit olmasını istəyirdilər. Lakin bütün fermer və onların müştəriləri hava şəraitindən asılı idilər və təbii olaraq da havanı əvvəlcədən təxmin edə bilmirdilər. Təsərrüfatın və biznesin maliyyə gələcəyini əvvəlcədən təxmin edə bilməmək müdrik yaponları qane etmirdi və belə olduqda onlar özlərini sığortalamaq üsulu barədə düşünməyə başlayırlar.

Son nəticədə belə bir üsul yaradılır: Gələcəkdə vəziyyətin necə olacağından asılı olmayaraq məhsul yığılarkən fermer və müştəri müqaviləni daha öncədən razılığa gəlinən qiymətlə həyata keçirirlər.

Beləliklə, məhsul zamanı gəldikdə üç variant yaranır:

  1. Bazar dəyəri danışılan məbləğdən yüksək olduqda: fermer buna şad olmasa da, məhsulunu satmağa məcburdur. Müştəri isə bazardakı ən ucuz məhsulu aldığına görə xoşbəxtdir.
  2. Düyünün bazar dəyəri əvvəlcədən danışılan məbləğdən aşağı olduqda: fermer məhsulunu baha satdığına görə xoşbəxtdir. Müştəri isə bazarda daha ucuz məhsul ala bilərdi. Lakin vəd etdiyinə görə baha almağa məcburdur.
  3. Bazar dəyəri danışılan məbləğdən fərqli olmadıqda: hər kəs bərabər fayda götürür.

Beləliklə, tarixdən bizə məlum oldu ki, hedcinq əməliyyatları sayəsində özümüzü qiymət dəyişikliyi riskindən sığortalayırıq. Lakin məntiqlə düşünsək, riskləri azaltmaqla potensial gəliri də azaltmış oluruq. İnvestisiyanın əsas qaydasını xatırlayaq: risk nə qədər çoxdursa, gəlir də bir o qədər çox olar və əksinə.  Özümüzü hedcinq etdiyimiz xoşagəlməz hal baş verdikdə biz zərərlə üzləşmirik. Lakin bu sığortalanmanın əvəzini son nəticə yaxşı olduqda ödəyirik. Bu zaman qazana biləcəyimiz gəliri hedcinq səbəbindən itirmiş oluruq.

Daha doğrusu, hedcinq edərkən potensial zərərlərdən qorunaraq potensial gəliri ixtisar edirik. Buna görə də, başa düşmək lazımdır ki, hedcinq əsas olaraq gəlirlərin artırılmasına deyil, zərərlərin azaldılmasına istiqamətlənib.

Buradan nə nəticə çıxara bilərik: Hedcinq – riskin azaldılması, zərərlərdən sığortalanmaqdır. Hedcerlər məhsul, valyuta, səhm və digər maliyyə alətlərinin dəyərinin dəyişməsindən sığortalanır. Hedcinq əməliyyatları əsas olaraq fyuçers və opsionların köməkliyi ilə həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər