Bloomberg agentliyinin verdiyi məlumata görə, telefon fırıldaqçısı Londonun Fortelus Capital Management hedge-fondunun təhlükəsizlik sistemini sındıraraq 1,2 milyon dollar oğurlamışdır. Fortelus Capital Management fonduna zəng edən fırıldaqçı özünü Coutts özəl bankının əməkdaşı kimi təqdim etmiş və bankın hesabında fırıldaqçılıq halının aşkar etdiyini bildirmişdir.
Fondun maliyyə direktoru Tomas Meston abonent üçün xüsusi şifrələrin yaradılmasına razılıq vermişdir ki, bu şifrənin köməkliyi ilə də 15 şübhəli əməliyyat icra edə bilərdi.
Növbəti gün fondun hesabından 742 668 funt sterlinq (1,2 milyon dollar) çıxarıldığı aşkar edilir. Müstəntiqlərin bildirdiyinə görə, Coutts bankının gerçək əməkdaşları fonda zəng etməmişlər.
Belə olduqda, Fortelus Capital Management Tomas Mestondan onun səhvinə görə itirilmiş məbləği geri qaytarmağı tələb etmişdir. O isə öz növbəsində 95 000 funtu ödəsə də, uzun müddət əmək haqqı və mükafat olmadan işləyəcək.