10 C
Baku
Wednesday, November 27, 2024

Hedge-fondların aktivləri 3 trilyon dollara çatacaq

Reuters agentliyinin Deutsche Bank-a istinadən verdiyi məlumata görə, hedge-fond sənayesində aktivlər cari ilin sonunda 3 trilyon dollara çatacaq. Aktiv artımı özü ilə bərabər bura investor axınını təşkil edəcək. Çünki yatırımcılar keçən il əldə etdikləri gəlirlərdən olduqca razıdırlar. İlk növbədə burada söhbət institusional investorlardan gedir.

2013-cü ilin sonunda hedge-fondların aktivləri 2,6 trilyon dollar təşkil edirdi. Gözlənilənlərə görə, bu sahədə xalis kapital axını cari ildə 171 milyard dollara çatacaq.

Keçən il xalis gəlirin 9,3% təşkil etməsi səbəbindən sənayeni tənqid edirdilər. Lakin bununla yanaşı, investorlar nəticələrdən razı idilər. Çünki nəticə təxminlərdən daha yaxşı formada idi.

Bir neçə il ərzində hedge-fondlar bazardan daha yaxşı çıxış edirdilər. Son illər vəziyyət bir qədər dəyişdi: sənaye özünü onunla reklam etdirirdi ki, burada itki digər sahələrdəki itkilərdən az olacaq.

Son xəbərlər
Digər xəbərlər