Almaniyanın ən qədim və prestijli universiteti 1386-cı ildə Roma papasının fəal dəstəyi ilə yaradılmışdır. Burada ilk olaraq ilahiyyat, daha sonradan isə hüquq və fəlsəfə fakultələri yaradılır. Universotetin ilk rektoru Marsilius fon İnqen olmuşdur. Müəllimlər isə Praqa və Parisdən gəlmiş professorlar idi. Məşhur tələbə himni – Gaudeamus da təhsil ocağının ilk tələbələri tərəfindən bəstələnmişdir.
Heidelberg mərkəzi – Vittelsbah sülaləsinə mənsub rezidensiya, qəsrdir. Bu İntibah və erkən barokko dövründə inşa edilmiş şəhər tərkibində bir şəhərdir. 18-ci əsrdə qəsr yanır və yoxsullaşmış sülalə onu bərpa etmir. Qəsr yalnızca 19-cu əsrdə bərpa edilir və indi hər yay burada musiqili teatr festivalı keçirilir.
Universitetin aparıcı məzunları sırasında səyahətçi, antropoloq və etnoqraf Nikolay Mikluxo-Maklay, siyasətçi və sahibkar Aleksandr Quçkov, məşhur filosoflar Hegel və Yaspers, naturalist Robert Bunzen, Almaniya kansleri Helmut Kol-u görmək mümkündür. Məşhur və prestijli universitetin divarları arasından 8 nobel laureatı çıxmışdır.
Zamanla universitet tərkibindəki fakultələrin sayı 12-ə qədər genişləndirilmiş və buraya tibb, linqvistika, iqtisadiyyat, kimya, fizika-astronomika, biologiya, sosiologiya, həmçinin riyaziyyat və informatika fakultələri əlavə edilmişdir. Universitetin bazasında biokimyəvi mərkəz, informatika mərkəzi, molekulyar biologiya və Cənubi Asiya mərkəzləri fəaliyyət göstərir. Burada Maks Plank adına Heidelberg nüvə fizikası institutu dünyada məşhurdur.
Bu günkü gündə Heidelberg universitetində 25 mindən çox tələbə təhsil alır. Bu şəhərin beşdə bir hissəsinə bərabərdir. Bu tələbələrin 15%-ni əcnəbi tələbələ təşkil edir. Tələbələrin 2,5 mindən çoxu Avropadan, 890-ı isə Asiyadan təhsil almaq üçün gəlmişlər.
Həkim Faust-un məhz Heidelberg universitetində təhsil alması ilə bağlı bəzi iddialar mövcuddur.