14 C
Baku
Saturday, November 16, 2024

“Heineken” Rusiyadakı biznesi üçün alıcı tapıb

Hollandiyanın pivə istehsalçısı “Heineken” Rusiyadakı biznesi üçün alıcı tapıb, bu barədə şirkətin çərşənbə günü rüblük hesabatında verdiyi açıqlamada deyilir. Şirkət qeyd edir ki, sövdələşmə ilə bağlı sənədləri artıq Rusiya hakimiyyətinə təhvil verib, lakin hələlik alıcının adını çəkə bilmir.

“Heineken” 2022-ci ilin martında Ukraynada müharibə başlayandan sonra Rusiyadan tamamilə geri çəkilmə qərarını elan edib. Şirkət yerli və beynəlxalq qanunlara uyğun olaraq Rusiya biznesini yeni sahibinə ötürmək niyyətini açıqlayıb.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Çərşənbə günü Amsterdamda keçirilən hərracda “Heineken” səhmləri Bakı vaxtı ilə saat 18:12-də 3.95% bahalaşaraq 103.85 avroya çatıb.

Son xəbərlər
Digər xəbərlər