13 C
Baku
Tuesday, May 21, 2024

“Hell” Azərbaycanda alüminium içki qutuları istehsal edəcək

Macarıstanın “Hell Energy” şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihə həyata keçirəcək.

Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.

Bununla bağlı “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Layihə üzrə Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub. Layihənin həyata keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsinə, texnoloji baxımdan qabaqcıl təcrübənin əldə olunmasına, idxalın əvəz edilməsinə və hazır məhsulun digər ölkələrə ixrac potensialının artırılmasına töhfə verəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər