10 C
Baku
Thursday, December 12, 2024

Helsinki avtovağzalı nəzəriyyəsi: müvəffəqiyyəti uğursuzluqdan ayıran kiçik detal

Bu nəzəriyyə, nə etməyinizdən asılı olmayaraq müvəffəqiyyəti uğursuzluqdan ayıran kiçik detalı izah edir. 

Nəzəriyyənin mahiyyəti nədən ibarətdir

2004-cü ildə əsərləri müasir incəsənətin ən məşhur muzeylərində nümayiş olunan fin fotoqrafı Arno Rafael Minkkinen, tələbələri qarşısında çıxış etdi. O, Finlandiyanın paytaxtında keçən uşaqlıq dövrünü xatırladı. Daha dəqiq desək, Helsinki avtovağzalının yerləşdiyi şəhərin mərkəzi rayonu haqqında. 

İndi isə metafora. Hər avtobus dayanacağı fotoqrafın bir ilini təsvir edir, müvafiq olaraq üçüncü dayanacaq onun həyatının üçüncü ilinə bərabərdir. Elə zənn edək ki, üç il ərzində natürmort fotoşəkillərin incəliklərini dərk etməyə çalışırdınız. Qoy bu 21 nömrəli avtobus olsun. 

Bu müddət ərzində Boston şəhərinin incəsənət muzeyində nümayiş etdirmək istədiyiniz işlər toplandı. Muzeyin kuratoru sizdən soruşur: “İrvin Pennin əsərləri ilə tanışsınız?” Nəticədə, 71 nömrəli avtobusun da eyni yoldan keçdiyi məlum olur. 

Təəccüb hissi əli-ayağı bağlayır: sizin üç il ərzində etdiyinizi başqaları artıq çoxdan edib. Lakin həyat çox qısadır və eyni nöqtədə dayanmaq olmaz! Gücünüzü toplayaraq, yenidən avtovağzala qayıdırsınız və başqa nömrəli avtobusa minirsiniz. 

Bu dəfə siz çimərlikdəki insanların şəkillərini çəkməyi planlaşdırırsınız. Və yenə bu işə həyatınızın üç ilini sərf edirsiniz, sonda isə eşidirsiniz: “Riçard Misrçin (Richard Misrach) işləri haqqında heçmi eşitməmisiniz? Bəs Salli Mann? (Sally Mann)? 

Siz avtobusu tərk edərək, yeni platformadakı yeni avtobusa üz tutursunuz. Və hər dəfə eyni şey baş verir: öz işinizi başqalarının işləri ilə müqayisə etməyə başlayırsınız. 

Nə etmək lazımdır?

Hər şey çox sadədir. Avtobusda oturmağa davam edin. Eyni avtobusda qalın!

Niyə? Başqalarına baxmayın və özünüzə vaxt verin, sonda fərqi görəcəksiniz. Helsinki avtovağzalından hərəkətə başlayan avtobuslar, yolun yalnız kiçik bir hissəsini bir yerdə gedirlər . Bəlkə, 1-2 kilometr. Sonra onlar öz marşrutları ilə hərəkətə davam edirlər. Məsələn, 33 nömrəli avtobus şimala, 19 nömrəli avtobus isə cənub-qərbə yönəlir. Bəlkə, 21 və 71 nömrəli avtobuslar müəyyən qədər bir eyni yolu gedəcəklər, tezliklə onlar da bir-birindən ayrılacaq. 

image1 1 1

Yolların bir-birindən ayrılması həyatınızı dəyişdirə bilər. Tezliklə tənqidçilər çəkdiyiniz fotoşəkillərin Salli Mannın əsərlərindən nə ilə fərqləndiyini bilmək istəyəcəklər. Siz bu yolu sonadək keçdiniz. Bu, karyeranızın və ya həyatınızın sonu ola bilər. Nə olsa da, bu müddət ərzində etdikləriniz göz qabağındadır: bənzətmə və bacarıqların təkmilləşdirilməsi, qələbələr və məğlubiyyətlər, ustalıq. 

Niyə? Çünki avtobusdan düşmədiniz. 

İnadkarlıq müvəffəqiyyətə aparırmı?

Şübhəsiz ki, ardıcıllıq ustalığın əsasını təşkil edir. Müvəffəqiyyətli olmaq üçün rutinə qarşı sevginin olması lazımdır, lakin Helsinki nəzəriyyəsi bizə çoxların unutduğu bəzi detalları xatırladır: 

– tələbələr 10 000 saatdan çox dərslərdə olurlar. Sizcə, onların hər biri oxuduqları sahənin peşəkarına çevrilirmi? Yox, əlbəttə ki. İnformasiya çox tez unudulur. 

– Ofis işçisi kompüter arxasında minimum olaraq gündə bir neçə saat oturur. Bir neçə il ərzində bu rəqəm 10 000 saatdan çox olacaq. Sizcə, o roman yazıçısı ola bilərmi? Çox güman ki, yox. 

– Çoxları onilliklərlə idman zalına gedir. Sizcə, onların fiziki hazırlığı dünyanın ən yaxşı idmançıları ilə müqayisə oluna bilərmi? Təəssüf. 

Eyni tipli işi görməyiniz kifayət deyil. Siz onu yenidən nəzərinizdən keçirərək, təkmilləşdirməlisiniz. 

Nəyə görə yalnız öz işini düşünmək lazımdır?

Adi bir tələbə materialı bir dəfə nəzərdən keçirir. Yaxşı tələbə ona dəfələrlə baxır, yeni detalları görməyə başlayır. Adi işçi elektron məktubu əlüstü yazır və dərhal göndərir. Ən yaxşı yazıçı fəsillərə düzəlişlər edir, mətnin mükəmməl olması üzərində çalışır. Dərk etmə və təkmilləşdirmə kəmiyyətdən önəmlidir! 

Avtobus metaforasına qayıdaq. Yeni marşruta oturan fotoqraflar üç-dörd dayanacaqdan sonra güclə də olsa 10 min saatlıq təcrübə toplayırlar. Lakin onlar səhvlər üzərində çalışmırlar, vaxtını yeni marşrut axtarışına xərcləyirlər.  

Avtobusdan düşməyib əməyiniz haqqında düşünün. Əmin olun ki, mütləq möhtəşəm bir şey yaradacaqsınız. 

“10 000 saat = uğur” formulu kanadalı yazıçı və jurnalist Malkolm Gladuell (Malcom Gladwell) tərəfindən “Dahilər və autsayderlər” kitabında  təsvir edilib. Niyə birilərinə hər şey, başqalarına isə heç bir şey? Bu formulun əsasında hər hansısa bir işdə ekspert olmaq üçün onunla ən azı 10 min saat məşğul olmağın lazım olduğu ideyası dayanır. Bu, çox uzun yoldur və heç kim sizə sonra peşəkara olacağınıza zəmanət vermir.

Bəs siz neçə nömrəli avtobusu seçəcəksiniz?

İrəliyə doğru addımlayan hər bir insan səhvlər edir. Təəssüflər olsun ki, çox vaxt uğursuzluğa düçar olduqda, yeni avtobusun axtarışına düşürük. Düşünürük ki, o daha yaxşıdır. 

Bəs siz nömrəli avtobusa minəcəksiniz? Həyatınızı hansı işə bağlayacaqsınız? Hansı ideya üzərində onilliklərlə işləməyə hazırsınız? 

Heç kim hansı avtobusun daha yaxşı olduğunu bilmir. Lakin özünüzü maksimum dərəcə realizə etmək istəyirsinizsə, onlardan birini seçməlisiniz. Seçim etmək həqiqətən də çətindir. Bu, sizin seçiminizdir və siz onu etməlisiniz.

Son xəbərlər
Digər xəbərlər