HƏMAS İsraillə əsir mübadiləsi etməyə hazır olduğunu açıqlayıb

Fələstinin HƏMAS hərəkatı İsrail tərəfi ilə əsir mübadiləsi sazişi bağlamağa hazırdır.

Bu barədə radikalların nümayəndəsi Hazem Qassem Qətərin “Əl-Cəzirə” telekanalına bildirib.

“Həmas bütün əsirlərimiz müqabilində bütün əsirləri azad etməyə hazırdır”, – deyə Hazem Qassem bildirib.

O, həmçinin qeyd edib ki, Həmas “öz gücünə və Fələstin xalqının müqavimət göstərmək qabiliyyətinə arxalanaraq hazırkı döyüşün öhdəsindən gələcəyini” gözləyir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər