10 C
Baku
Friday, December 13, 2024

HƏMAS İsraillə razılaşmanın bütün müddəalarını rədd edib – “The Times of Israel”

Fələstinin HƏMAS hərəkatının nümayəndələri son danışıqlarda razılaşmanın hər bir müddəasını rədd ediblər, İsrail rəsmisinə istinadən “The Times of Israel” yazır. Onun sözlərinə görə, HƏMAS həm də sövdələşmənin ilk mərhələsində azad etmək istədiyi girovların sayını azaldıb.

“The Times of Israel” qəzetinin yazdığına görə, HƏMAS danışıqlar aparan şəxslərdən tələb edib ki, razılaşmanın birinci mərhələsində bəzi girovların azad edilməsindən sonra İsrail Qəzza zolağında tam atəşkəsə, qoşunlarının anklavdan çıxarılmasına və fələstinlilərin geri qaytarılmasına razılıq versin. Qəzet qeyd edir ki, bu üç tələb İsrail üçün real deyil.

Nəşrin həmsöhbətinin sözlərinə görə, HƏMAS nümayəndələri də ilk mərhələdə yalnız 20 girovu azad etməyə hazır olduqlarını bildiriblər, bir şərtlə ki, altı həftəlik atəşkəs elan edilsin. Vasitəçilər əvvəlcə 40 girovu azad etməyi təklif ediblər.

HƏMAS və İsrail arasında razılaşmaya dair danışıqlar ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə aparılır. Razılaşmanın bir hissəsi olaraq İsrail hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzzada təhlükəsizlik nəzarətinin yaradılmasının vacibliyində israr edir. Bu arada, İsrail tərəfinin məlumatına görə, anklavda 129 nəfər girov qalıb. 7 oktyabr 2023-cü ildə silahlıların İsrailə hücum etdiyi gün ümumilikdə 253 nəfər girov götürülüb. Onlardan bəziləri keçən ilin payızında bağlanmış müqavilə zamanı azad edilib.

Son xəbərlər
Digər xəbərlər