13 C
Baku
Friday, April 19, 2024

“Hempel paradoksu” nədir?

“Qarğa” paradoksu daha sonradan alman riyaziyyatçı Carl Gustav Hempel-in şərəfinə belə adlandırılmışdır. Belə ki, Hempel paradoksun klassik variantının müəllifidir. Paradoks kifayət qədər sadə şəkildə qurulub: iki qarğanın hər biri qara rəngə sahibdirlər. Buradan belə nəticəyə gəlmək olar ki, qara rəngdə olmayan istənilən şey qarğa ola bilməz. Bu qanun məntiqi qarşılaşdırma adlanır, daha doğrusu hər hansı “A” hərəkəti “B” nəticəsinə sahibdirsə, “B”-nin inkar edilməsi “A”-nın da inkar edilməsinə bərabərdir.

Əgər bir insan qara rəngdə qarğa görürsə bu onun “bütün qarğalar qara rəngdədir” haqqında olan əminliyini möhkəmlədir ki, bu da kifayət qədər məntiqidir. Lakin məntiqi qarşılaşdırma və induksiya prinsiplərinə uyğun olaraq, qara rəngdə olmayan predmetləri müşahidə etmək qarğaların məhz qara rəngdə olması faktını təsdiqləyir. Başqa sözlə desək, bir şəxsin Bakıda yaşaması, onun Gəncədə yaşamadığı faktını təsdiqləyir.

Paradoks məntiqi nöqteyi-nəzərdən qüsursuz görünsə də, real həyata ziddir. Almaların qırmızı rəngdə olması bütün qarğaların qara rəngdə olması faktını təsdiq edə bilməz.

Son xəbərlər
Digər xəbərlər