20 C
Baku
Friday, May 3, 2024

Henri Ford: biznes haqqında

Henri Ford – əfsanəyə bərabər insandır. Müasir avtomobil sənayesi çox şeyi məhz bu insana borcludur. O, 20-ci əsrin ən yaxşı biznesmenidir. Özünün “Mənim həyatım mənim nailiyyətimdir” adlı kitabında Henri Ford biznesinin aparılması, tərəqqi, psixologiya və bir sıra digər vacib məsələlər ilə bağlı öz həyatı baxışlarını oxucular ilə paylaşır. Onun ən maraqlı sitatlarını sizin diqqətinizə təqdim edirik. 

Henri Fordun kəlamları:

Pul haqqında

Pula sahib olmaq olduqca zəruridir. Amma unutmaq lazım deyil ki, pulun məqsədi –işsiz dayanmaq olmalı deyil, insanlara xidmət etməsi məqsədi ilə vəsaitləri artırmaqdır. Mən hesab edirəm ki, avara həyat tərzi qədər iyrənc heç nə ola bilməz. Bizlərdən heç birinin belə yaşamağa haqqı yoxdur. Sivilizasiyada tənbəl insanlara da yer yoxdur.

Kapitalın xeyri pulların kəmiyyətinin artmasında deyil, həyatın keyfiyyətinin artmasından ötrü pul qazanmaqdadır.
Ən riskli biznes – təmiz (halal) qazanc əldə etməkdən ötrü iş qurmaqdır. Bu elə bir qumar oyununa oxşayır, onu bir-neçə ildən artıq oynamaq nadir hallarda mümkün olur.

Xoşbəxtliyin və rifahın yalnız təmiz yolla –halal zəhmətlə əldə edilməsinin mümkünlüyünə inanaraq çalışmaq kifayət qədər təbiidir. Insan bədbəxtliyi bir sıra halda məhz onunla bağlı olur ki, o bu təbii yoldan üz döndərməyə çalışır.

Mənfəətdə – pis heç nə yoxdur. Əgər müəssisə yaxşı idarə olunursa və böyük fayda gətirirsə, demək o həmdə yaxşı gəlir gətirəcək. Gəlir faydalı işin təməli deyil, onun bəhrəsi olmalıdır.

Rəqabət sizi narahat etməli deyil. Qoy işin öhdəsindən daha yaxşı gələn işləsin. Kimin isə işini dağıtmağa cəhd etmək –cinayətdir, çünki bu qazanc əldə etmək uğrunda yarışda digər bir insanın həyatını sındırmağa cəhd etmək anlamına gəlir, bu isə gücün hakimiyyətinin ağıla üstün gəlməsi deməkdir.

Pul qazanmamağın ən yaxşı üsulu –pula qarşı hərislik və tamahkarlıq nümayiş etdirməkdir. Amma gördüyün işin doğru və dürüst olduğunu bilirsənsə və məhz bu məmnuniyyət hissini yaşamaqdan ötrü çalışırsansa onda, pullar özü gəlib, səni tapacaq və kifayət qədər də bol olacaq.

Uğur haqqında

Uğursuzluq yalnız o deməkdir , hər şeyi yenidən, amma bu dəfə daha ağılla başlamaq lazımdır. Ədalətli uğursuzluq alçaldıcı deyil, alçaldıcı olan uğursuzluq qarşından qorxaqlıqdır.

İnsanlar daha çox təslim olur, nəinki məğlubiyyətə düçar olur.

Mütəxəssislər –həmişə sizə bu və ya digər işin alınmayacağı barədə müxtəlif səbəblər deyən insanlardır, əgər mən öz rəqiblərimi o dünyalıq etmək istəsəydim, onları ən təcrübəli ekspertlər ilə əhatə edərdim.

Öz çörəyini qazanmış insan, ona sahib olmaq hüququnu əldə edir.

İnsanları cəmi iki stimul işləmə məcbur edir: əməkhaqqı əldə etmək tamahı və onu itirmək qorxusu.

Insanın həmişə iki motivi olur: biri həqiqi motiv, digər isə sadəcə qulaqlara xoş gələn.

Özlüyündə ideyalar nə qədər də dəyərli olsa, sonda yenə sadəcə ideya olaraq qalır. Əsas məsələ bu ideyanı həyatda gerçəkləşdirə bilməkdir.

Əgər müvəffəqiyyət qazanmağın hər hansı bir sirri və ya düsturu varsa, bu eyni bir problemə öz nöqteyi-nəzərindən yanaşdığın kimi, digər insanın mövqeyindən də yanaşa biləsən.

Əgər odunları özün doğrasan, onlar ilə iki dəfə qızınmış olarsan.

Biz əksər hallarda özümüzü belə bir fikirlə qorxuduruq ki, guya həyat və vəsait qazancı anlayışları biri-birinə ziddi dayanır. Əslində isə maşın, pul və bütün mülkiyyət növləri yalnız ona görə faydalıdır ki, onlar müəyyən məqsədə çatmaq üçün vasitə qismində çıxış edirlər.

Tərəqqi haqqında

Heç bir ideya sadəcə köhnə olduğuna görə pis, və ya təzə olduğuna görə yaxşı ola bilməz.

Əgər sən nəyəsə görə xüsusi həvəslisənsə (bu sənə ruh verirsə, gördüyün işdən ilham alırsansa), onda hər şey edə bilərsən. Ruh yüksəkliyi – istənilən bir tərəqqinin bünövrəsidir.

Gələcək haqqında düşüncələr, daha çox şey etmək istəyi insan şüurunu elə bir vəziyyətə gətirir ki, insana elə gəlir ki, mümkünsüz olan heç nə yoxdur.

Çalışmaq arzusunda olan insanın, öz əməyi müqabilində kifayət qədər mükafat almaması üçün bir səbəb yoxdur. Eyni qayda da, işləmək iqtidarında olan, lakin özünə əziyyət vermək istəməyən insanın, buna görə cəzalanmaması üçün də bir səbəb yoxdur. Istənilən halda o cəmiyyətə nə verirsə, onun da qarşılığını əldə edəcək. Əgər o cəmiyyətə heç nə verməyibsə, onda onun da cəmiyyətdən tələb edəcəyi heç nə yoxdur.

İnsanları elə yerləşdirmək lazımdır ki, onların həyat miqyası cəmiyyətə göstərdikləri xidmət səviyyəsi ilə mütənasib olsun.

Sənayenin son məqsədi –insanların öz ağıllarının bəhrəsindən istifadə edəcəyi dünya yaratmaqdır , əks təqdirdə onlar səhərdən axşama qədər sağ qalmaq (mövcudluq) uğrunda vəsait əldə etməklə məşğul olacaqlar.

Daimi hərəkət haqqında

“Öz həyatımızı təmin etdiyimizi” düşünməyə başladığımız andan təhlükə bizə daha yaxın olur. Bu düşüncənin təhlükəliliyi ondadır ki, çarxın üzü bir az tərs dönən kimi, biz çölə düşə bilərik.

Belə qəribə insanlar hər yerdə var, onlar başa düşmür ki, dünən artıq dünəndə qaldı və hər səhər beyinlərində köhnə fikirlər ilə oyanırlar.

Mən fikir vermişəm ki, bir sıra işgüzar insanlar öz işlərini çiyinlərinin üzərindən tezliklə atmalı olduğu yük kimi qəbul edirlər. Onlar çox tezliklə mübarizədən çıxmağı, işdən aralanmağı və əldə etdikləri renta hesabına yaşamağı arzu edirlər. Mən bunu heç cürə başa düşə bilmirdim. Əgər biz öz üzərimizi pas örtməyini istəyiriksə, özümüzü tənbəlliyə təslim etməkdən başqa çıxış yolu qalmır.Əgər bizim məqsəd inkişafdırsa, ondan hər səhər yenidən oyanmaq və bütün günü gümrah və ayıq-sayıq olmaq lazımdır. Mən həyatı bir dayanacaq kimi deyil, səyahət kimi dərk edirəm. Hər şey hərəkətdədir və elə ilk başdan belə olması nəzərdə tutulub. Həyat axır. Ola bilsin ki, biz həmişə eyni küçədə, eyni, eyni mənzildə yaşayırıq, amma orda yaşayan insan hər gün bir az dəyişir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər