26 C
Baku
Saturday, July 27, 2024

Henri Fordun həyatından maraqlı bir hadisə

Günlərin bir günü Henri Ford işləri ilə bağlı İngiltərəyə gəlməli olur. Ford o zaman artıq milyarder idi. Hava limanının məlumat şöbəsində o , şəhərin ən ucuz mehmanxanası barəsində maraqlanır. Şöbənin əməkdaşı ona təəccüblə baxır. Fordun siması məşhur idi. Bütün dünyanın qazetləri Henri Ford haqqında tez-tez yazırdılar. Və budur, Ford hava limanında əyninə böyük olan paltoda durub və ən ucuz mehmanxana barəsində soruşur.

Şöbənin əməkdaşı çəkinərək soruşur: – Səhv etmirəmsə, siz mister Henri Fordsunuz? – Bəli , -deyə Ford cavab verir. Əməkdaş daha da çox təəccüblənir və deyir: – Mən xəbərləri izləyirəm və bilirəm ki, sizin oğlunuz harasa gedəndə ən bahalı hotellərdə qalır və hər zaman çox yaxşı geyinir. Amma siz ən ucuz mehmanxana soruşursunuz və sizə böyük olan palto geyinmisiniz. Yoxsa siz pula qənaət edirsiniz?

Henri Ford qıcıqlanaraq cavab verir: – Mənim bahalı mehmanxanalarda qalmağa ehtiyyacım yoxdur. Harada qalmağımdan asılı olmayaraq mən yenə də Henri Fordam. Ən ucuz mehmanxanada da mən Henri Fordam. Heç bir fərq yoxdur. Mənim oğlum hələ cavandır və təcrübəsizdir. O, ucuz mehmanxalarda qalsa insanların onun haqqında nə düşünəcəyindən qorxur. Bu palto isə – bəli, bu paltonu hələ mənim atam geyinib. Lakin bunun heç bir əhəmiyyəti yoxdur. Yeni geyimlər mənim nəyimə gərəkdir? Mən Henri Fordam, nə geyindiyimdən asılı olmayaraq hər zaman və hər yerdə mən yenə də Henri Fordam.

Qalan məsələlər isə əhəmiyyətsizdir.

Son xəbərlər
Digər xəbərlər