23 C
Baku
Saturday, April 20, 2024

Henri Fordun həyatından üç epizod

20-ci əsrin “avtomobil kralı” adlandırılmış Henri Fordun həyatından üç əsas ibrətamiz əhvalatı təqdim edirik. Eləcə də Henri Fordun biznes haqqında sitatlarını oxumağı məsləhət görürük. 

“Əgər pula ehtiyacınız olmasa idi, onda siz başqa avtomobildə gedərdiniz”.

1920-ci ilin sonlarında Floridaya şəxsi Ford-T avtomobili ilə səyahət edən bir centlmen şosenin kənarında özünün son dərəcə qəşəng maşınını təmir etməyə çalışan bir insanı görür. O, sürücüyə kömək etmək qərarına gəlir. Kapotun altında nəyisə çevirərək avtomobili işə saldı. Maşının sevincli sahibi minnətdarlıq əlaməti olaraq, on dollar təklif etdi. Lakin centlmen yetəri qədər imkanın olduğunu deyərək puldan imtina edir. “Əgər sizin pula ehtiyacının olmasa idi, siz başqa maşında gəzərdiniz” – tərəddüdlə avtomobil sahibi başını yellədi. Centlmen isə maşına minib getməkdən başqa çarəsi qalmadı. Bu Henri Fordun özü idi.

“Əvəzində hamı mənim maşınımda gəzir”

“Çikaqo Tribun” qəzetində olan məqalələrdən birində Henri Fordu cahil adlandırmışdılar ki, buna görə də Henri onları məhkəməyə vermişdi. Məhkəmə prosesi zamanı vəkil Forda orta məktəb proqramı üzrə bir neçə sual vermək üçün icazə aldı. İddiaçı suallardan heç birinə cavab verə bilməsə də, heç özünü də itirmədi. O heç bilmirdi ki, Corc Vaşinqton ölkə üçün hansı işləri görmüşdü. Nə olsun ki? Mexanikliyi özü öyrənmişdir və bunu da heç gizlətmirdi. Burda oturanların ali təhsil almalarına baxmayaraq, onların hamısı Fordun maşınlarında gəzirlər! Hərçənd ki, məhkəmənin iddianı təmin etməmişdi, bu proses kimi heç nə onların maşınlarının populyarlığını artıra bilməzdi.

“Mən necə geyindiyimdən asılı olmayaraq, Henri Fordam”

Bir gün milyarder olduğu vaxtlarda, Henri Ford İngiltərəyə iş dalınca getmişdi. Aeroportun arayış bürosunda o şəhərin ən ucuz mehmanxanası ilə maraqlandı. Xidmətçi ona baxdı, onun sifəti tanış idi. Dünyanın bütün qəzetləri tez-tez Ford haqqında yazırdılar. Budur, əynində ondan daha yaşlı görünən plaş var, o dayanıb və ən ucuz otellə maraqlanır. Xidmətçi qərarsız olaraq soruşur:

– Əgər mən səhv etmirəmsə, Siz – mister Henri Fordsunuz?

– Bəli, -o cavab verdi.

Xidmətçi təəccübləndi.

– Mən xəbərləri çox sıx izləyirəm və bilirəm ki, sizin oğlunuz ən bahalı otellərdə qalır və çox gözəl geyinir. Siz isə qalmaq üçün ən ucuz otellə maraqlanırsınız və elə görünür ki, sanki əyninizdəki geyimin yaşı sizin yaşınızdan daha çoxdur. Olmaya siz pula qənaət edirsiniz?

Henri Ford əsəbi halda cavab verdi:

– Mənim bahalı oteldə qalmağa ehtiyacım yoxdur, harada olsam da, mən Henri Fordam. Ən ucuz oteldə də, mən Henri Fordam, heç bir fərq yoxdur. Mənim oğlum hələ cavandır və təcrübəsi yoxdur, o ucuz oteldə qalsa, insanların onun haqda nə firiləşəcəyindən qorxur. Bu paltoya gəldikdə isə o mənim atamın paltosu idi, lakin bunun heç bir əhəmiyyəti yoxdur; yenisi mənim nəyimə lazımdır? Mən – nə geyinməmdən asılı olmayaraq, həmişə və hər yerdə Henri Fordam. Qalanları isə əhəmiyyətsizdir.

Son xəbərlər
Digər xəbərlər