10 C
Baku
Tuesday, November 26, 2024

Henri Fordun son nəvəsi dünyasını dəyişdi

Detroytda, Henri Fordun 89 yaşlı son nəvəsi Uilyam Kley Ford dünyasını dəyişib.

Ford öz evində rəhmətə gedib. Onun ölüm səbəbi pnevmoniya olmuşdu. Uilyam Fordun dörd övladı, 14 nəvəsi və iki nəticəsi var. Uilyam Ford özü isə Henri Fordun yeganə oğlunun- Edselin- oğlu idi. Henri Fordun ümumilikdə dörd nəvəsi  Ford şirkətinin məlumatarına görə Uilyam Ford 57 il ərzində şirkətin əməkdaşı olub. O, 1948-ci ildə müşahidə şurasına daxil olmuş və bir il sonra Fordda icracı vəzifəsinə layiq görülmüşdü. 1957-ci ildə Uilyam Ford dizayn üzrə komitəyə başçılıq edir. O, bu vəzifədə 32 il ərzində çalışmışdı. Henri Fordun nəvəsi daha sonra klassika olmuş bir neçə modellərin, həmçinin Continental Mark II modelinin, yaradılmasında iştirak etmişdi.

1980-ci ildə Uilyam Ford icra komitəsinin sədri vəzifəsinə keçir. 1987-ci ildə o, maliyyə komitəsinə başçılıq etməyə başlayır. Bu vəzifəni o, 1995-ci ildən etibarən tuturdu, 2005-ci ildə isə öz vəzifəsini və müşahidə şurasını tərk edir. Hörmət əlaməti olaraq Fordun Amerikadakı şöbəsi 30 gün ərzində öz bayraqlarını endirəcək.

Ford Uilyama həmçinin «Detroyt Layons» futbol klubu məxsus idi. Həmin klub milli futbol liqasında iştirak edir.

Forbes Uilyam Fordun sərvətini 1,35 milyad dollar olaraq qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər